Paylaş:
BEYNƏLXALQ KİTAB VƏ MÜƏLLİF HÜQUQLARI GÜNÜ
23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir.
UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
Bununla əlaqədar olaraq Respublika Gənclər Kitabxanasında “Beynəlxalq Kitab və Müəllif Hüquqları” adlı sərgi təşkil edilmişdir. Sərgidə sözügedən mövzudan bəhs edən kitablar sərgilənməkdədir.