“Beynəlxalq Məktəb Kitabxanaları günü” münasibəti ilə tədbirlər

21 oktyabr, 2019
Paylaş:

“Beynəlxalq Məktəb Kitabxanaları günü” münasibəti ilə tədbirlər

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 21 oktyabr 2019-cu il tarixdə “Beynəlxalq Məktəb Kitabxanaları günü” münasibəti ilə “Kitabxanada bir gün”, 23 oktyabr 2019-cu il tarixdə “Kitabxanalarla elmə doğru” adı altında tədbirlər keçirildi.

Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən Beynəlxalq Məktəb Kitabxanaları gününün qeyd olunması, əhəmiyyəti, mütaliəyə marağın yaradılmasında, elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rolu haqqında məlumat verdi.

Tədbirlərin iştirakçıları olan XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin, Yasamal rayonu 176 saylı orta məktəbin şagirdləri kitabxananın şöbələrini gəzib iş prinsipləri, elektron kitabxana, elektron kataloqdan istifaqə qaydaları, elektron resurslar, kitab fondu, ryl.az saytı, keçirilən mədəni-kütləvi tədbirlər, İctimai Hüquqi İnformasiya Mərkəzinin xidmət dairəsi haqqında geniş məlumatlandırıldılar, çoxsaylı sualları cavablandırıldı.

Tədbirlərdə həmçinin, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkilatçısı Fidan Hüseynova, rus dili və ədəbiyyat müəlliməsi Kəmalə Hüseynova, 176 saylı orta məktəbin kitabxana müdiri Kəmalə Məmmədova da iştirak etdilər.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()