Paylaş:
CƏFƏR CABBARLI - 125
Respublika Gənclər Kitabxanasında Azərbaycanın əməkdar incəsənət xadimi, dramaturq, şair və nasir Cəfər Cabbarlının 125 illik yubileyi ilə əlaqədar olaraq “Cəfər Cabbarlı - 125” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə Cəfər Cabbarlının həyat və yaradıcılığını əks etdirən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanan“ Cəfər Qafar oğlu Cabbarlı-125” adlı məlumat bülleteni sərgilənməkdədir.