Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 iyun Milli Qurtuluş gününün 20-ci ildönümünə həsr olunmuş “Azad Azərbaycanım” mövzusunda tədbir keçirildi

14 iyun, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 iyun Milli Qurtuluş gününün 20-ci ildönümünə həsr olunmuş “Azad Azərbaycanım” mövzusunda tədbir keçirildi

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri kitabxananın direktoru Tahir Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi “Bu gün Heydər Əliyev bizimlə deyil. Ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır" sözləri ilə açdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu ildən-ilə daha da artır. Şairə Şərafət Dağıstanlı çıxışında bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış və inkişafın təməlini qoymuşdur. Şərafət Dağıstanlı çıxışını müəllifi olduğu “Müstəqil Azərbaycan” şeri ilə bitirdi. Şair-publisist Şahlar Baba bildirdi ki, dahi öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlanmasına səbəb olmuşdur. Heydər Əliyevin zəhməti və siyasəti nəticəsində hazırda Azərbaycan güclü inkişaf dövrünü yaşamaqdadır. Şahlar Baba çıxışınının sonunda “Dünyamız” şerini söylədi. Gənc şairə Ülkər Piriyeva “Bu aprel ayında” şeri, müğənni, bəstəkar Elxan Rəsuloğlu “Ey vətən” mahnısı ilə çıxış etdilər. Tədbirdə həmçinin, “Ana və uşaq” ictimai birliyinin mətbuat katibi Şeyla Nəsirova, “Məktəb” qəzetinin redaktoru Xuraman Əzizova, 7 saylı Bakı Peşə Liseyinin müəllimi Əkbər Rüstəmov, məcburi köçkün Fəxrəddin Rəcəbov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər. Tədbir boyu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, Milli Qurtuluş gününə həsr olunmuş qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Milli Qurtuluş” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()