Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 29 noyabr 2017-ci il tarixdə şair, tərcüməçi İlyas Tapdığın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirildi.

29 noyabr, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 29 noyabr 2017-ci il tarixdə şair, tərcüməçi İlyas Tapdığın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, şair İlyas Tapdıq ədəbi yaradıcılığa tələbə ikən “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeri ilə başlamış, “Kəndimizin çobanı” adlı ilk şer kitabı 1955-ci ildə dərc olunmuşdur. İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin yaradıcılığının bir qismini vətənə, yurdumuzun təbiətinə, gözəlliklərinə, bir qismini körpə balaların xarakterik xüsusiyyətlərinə həsr olunmuş əsərlər təşkil edir. Tahir Sadıqov həmçinin bildirdi ki, İlyas Tapdıq illər boyu dəfələrlə kitabxanada təşkil olunan tədbirlərin ən sevimli qonaqlarından olub və yaradıcılığından nümunələrlə çıxışlar edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Aqşin Babayev əlliyə yaxın kitabın müəllifi, qəlbindən öz poeziyasına nur paylayan şair İlyas Tapdığın ədəbi yaradıcılığı haqqında geniş məlumat verdi. AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı qeyd etdi ki, mindən yuxarı kitabın redaktoru İlyas Tapdıq mənim yaradıcılığımda sanki mayak olmuşdur. Həmiçinin, iki kitabımın təqdimat mərasimini o aparmışdır. Şair, tərcüməçi İlyas Tapdığın qızı Şəbnəm Tapdıq atası ilə bağlı xatirələrindən danışandan sonra onun yaradıcılığının Azərbaycan oxucuları, xüsusən də azyaşlılar tərəfindən həmişə sevilərək mütaliə olunmasını, həmçinin, bir çox xarici dillərə tərcümə edildiyini bildirdi. Tədbir boyu iştirakçılar tərəfindən İlyas Tapdıq yaradıcılığından bir neçə uşaq şerləri oxundu.

Tədbirdə həmçinin, “AYMƏB”-nin sədri, sülh səfiri Tahirə Məmmədova, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, publisist Cəmil Hüseynov, şairə Mərcan Şahbuzlu, şairə-jurnalist Solmaz Kürçaylı, şair Şahlar Baba, 263 saylı orta məktəbin müəllimi Xatirə Kərimova, “Sahibkarlıq və hüriyyət” qəzetinin redaktoru Məhərrəm Şəmkirli, “Neftçi” ədəbi məclisinin rəhbəri Zaməddin Ziyadoğlu, Yasamal rayonu 15-ci seçki dairəsinin sədri Sədaqət Seyidzadə, tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlu, “Peşə Yönümlü Təhsilin İnkişafına Yardım” birliyinin sədri İradə Əlili, iki şəhid anası Dürnisə Əliyeva, DAK Qadınlar Təşkilatının sədri Dünyaxanım Əliyeva, Nərimanov rayon Ağsaqqallar Şurasının üzvləri Nuriyyə Mərdan, Kamil Babayev, Arif Mustafayev, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də iştirak edirdilər.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()