Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 dekabr Dünya Azərbycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Həmrəy, həmfikir olaq” mövzusunda tədbir keçirildi.

29 dekabr, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 dekabr Dünya Azərbycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Həmrəy, həmfikir olaq” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etmişdir. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Böyük kitabxanaçı Almaz Əhmədova bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın axırlarında Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin dağıdılması zamanı qoyulmuşdur. Bu vaxt İstanbulda türk dilli xalqların konfransı keçirilirdi. Həmin konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar vermişdir. Şöbə müdiri Xəyalə Məmmədova çıxışında bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayramdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Azərbaycan millətinin birlik şüarının simvolik rəmzidir. Şöbə müdiri Səadət Şəfiyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd edilməsini bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və ehtiyaca çevrildiyini bildirdi. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. İndi həmrəylik gününü milliyyətcə azərbaycanlı olmayıb lakin, Azərbaycanda doğulub Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.176 saylı orta məktəbin yeddinci sinif şagirdləri Dünya Azərbycanlılarının Həmrəyliyi gününə həsr olunmuş ədəbi kompozisiya ilə çıxış etdilər.Tədbir boyu 31 dekabr Dünya Azərbycanlılarının Həmrəyliyi gününə həsr olunmuş qısa metrajlı film nümayiş olundu.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()