Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Füzuli və Cəbrayıl rayonlarının işğalının 24 illiyi münasibəti ilə “Faciəli tarix” mövzusunda tədbir keçirildi.

23 avqust, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Füzuli və Cəbrayıl rayonlarının işğalının 24 illiyi münasibəti ilə “Faciəli tarix” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb qeyd etdi ki, 1988-ci ildən başlayan Ermənistan silahlı birləşmələrinin təzavüzü nəticəsində 1993-cü ilin avqust ayının 23-də mühüm coğrafi mövqeyə, təbii sərvətlərə, çoxəsrlik tarixə malik olan Füzuli və Cəbrayıl rayonları da işğala məruz qaldılar. Hər iki rayon darmadağın edildi, ərazisi zəbt olundu, nahaq qanlar töküldi. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etmişdir. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl rayonlarının işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etsə də əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilməmişdir. Tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlu Füzuli və Cəbrayıl rayonlarının işğal tarixi, bu işğalın nəticəsi kimi itirilən ərazilərimiz, maddi sərvətlərimiz, həmçinin, şəhidlərimiz haqqında geniş məlumat verdi. Müəllifi olduğu “Cəbrayıl rayonu və onun toponimiyası”, “Füzuli rayonu və onun toponimiyası”, “Azərbaycan faciələrinin təqvimi” kitablarını kitabxanaya hədiyyə verdi. “Ərgünəş” mətbəəsinin direktoru Oqtay Əliyev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsindən, zəngin Qarabağ torpaqlarının zəbt olunmasından, maddi-mədəni sərvətlərimizin məhv edilməsindən faktlarla çıxış etdi. “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları. Müqəddəs amal”, iki cildlik “Seçilmiş əsərləri”, “Çinarlaşan ömür” kitablarını kitabxanaya hədiyyə verdi. Füzuli rayonunun sakinləri Xanlar Qasımov, Rasim Hüseynov, Cəbrayıl rayonunun sakini Vaqif Rüstəmov hər iki rayonun erməni qəsbkarları ilə müharibədə şəhid olan qəhrəmanlarından, itirilən ərazilərimizdən danışdılar. Tədbirdə həmçinin, BMT-nin Miqrant Qaçqınlar Mərkəzinin rəhbəri Zəminə Səfərova, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Elmi Tədqiqat İnstitutunun baş eimi işçisi, polkovnik-leytenant Nərgiz Abdullayeva, Füzuli rayonunun sabiq icra başçısı Şakir Abbasov, “Azərbaycan tribunası” qəzetinin baş redaktoru Səbuhi Mehdiyev, iqtisadçı İftixar Zeynalov, “Klassik Xalq Cəbhəsi” partiyasının təmsilçiləri İman İmanov, Mayis Muradov, jurnalist Mehbalı Alışoğlu, şəhid atası Tahir Axundov, ADR hərəkatının üzvləri Asif İsmayılov, Zakir Hüseynov, Teymur Məmmədov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, Füzuli və Cəbrayıl rayonlarının sakinləri də iştirak edirdilər. Tədbir “Milli qəhrəmanlar” adlı foto-stendə baxışla sona çatdı

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()