Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müşavirə

24 fevral, 2020
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müşavirə

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 24 fevral 2020-ci il tarixdə “2019-ci ilin yekunları, şöbələrin fəaliyyətində nöqsan və müsbət cəhətlər, 2020-ci ilin iş planı, qarşıda duran məsələlər, problemlər. Kitabxanadaxili nizam-intizam” mövzusunda müşairə keçirildi.

Kitabxananın direktoru Oruc Quliyev fəaliyyətin mərkəzində nizam-intizama düzgün riayət, iş saatlarından səmərəli istifadə dayandığını bildirdi. Hər bir işçiyə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda kitabxana, kitabxana işi haqqında qəbul etdikləri qanunlara, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il üçün İş Planında öhdəsinə düşən vəzifələrin icrasına əməl etməyi tapşırdı.

Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bütün şöbələrin illik plan əsasında 2019-cu il ərzində qənaətbəxş şəkildə fəaliyyətlərini davam etdirmələri, kitabxananın kitab fondu, kitab verilişi, oxucu sayı, təşkil olunan kütləvi tədbirlər haqqında geniş məlumat verdi.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova şöbələrin iş funksiyasına əməkdaşların riayət etmələrinin müsbət və nöqsan cəhətləri haqqında çıxış etdi.

Hər bir şöbə müdirinin rəhbərlik etdiyi şöbənin illik fəaliyyəti haqqında hesabatından sonra 2020-ci ilin planı müzakirə olundu.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()