Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında vətən oğullarının əbədi xatirəsinə həsr olunmuş “Qəhrəmanlar heç vaxt unudulmur” mövzusunda anım günü keçirildi.

28 oktyabr, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında vətən oğullarının əbədi xatirəsinə həsr olunmuş “Qəhrəmanlar heç vaxt unudulmur” mövzusunda anım günü keçirildi.

Tədbirdə 25 oktyabr 1992-ci il Əsgəran uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərərək torpağının bir qarışına düşmən ayağı dəyməsini istəməyən, ölümü, şəhidliyi doğma vətəninin ərazi bütövlüyü uğrunda ləyaqətlə seçən Asif Məhərrəmovun (Fred Asif) batalyonunun döyüşçüləri Cavad Mikayılov, Əkrəm İsmayılov, Rafiq Quliyev, Rövşən Ağayev, Nizami Nərimanov, Taleh Məmmədov, Ramiz Bəkdəmirov, Vidadi Kərimov, Zaur Məhərrəmov, Yaqub Əhmədov və başqalarının sücaətlərindən, qəhrəmanlıqlarından danışıldı. Anım günündə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, Qarabağ qazisi Ədalət Məhərrəmov , “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, şairlər Şahlar Baba, Zakir Ağdamlı, şair-publisist Rauf İlyasoğlu, Qarabağ müharibəsi qaziləri Hacı Əkbər Rüstəmov, Familə xanım, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə iştirak edirdilər. Tədbir boyu Əsgəran döyüşlərinə həsr olunmuş qısa metrajlı film nümayiş olundu.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin II yarısı üçün iş planının 3.10 bəndinin icrası ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25-27 oktyabr 2017-ci il tarixlərdə “İnformasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələr: İnformasiya texnologiyalarından istifadənin genişləndirilməsi” və “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında təbliği” mövzularında treninq keçirildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Kitab dövriyyəsi” sektorunun müdiri Lətifə Məmmədova iştirakçılara informasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələrin icrası haqqında ətraflı məlumat verdi. Üç gün davam edən treninqdə “Mobil kitabxana layihəsi”, Nazirliyin “Kitabsevər uşaqlar” layihəsi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” və “Amerika Guşələri”nin təcrübəsi və sair mövzular haqqında məruzələr edildi. Treninqdə Gəncə, Sumqayıt şəhər, Qusar, Quba, Xaçmaz, Göyçay, Qax, Astara rayon Mərkəzi Kitabxanalarının əməkdaşları iştirak etdilər. Treninqin sonunda iştirakçılara sertifikatlar verildi.

30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 06 -10 sentyabr 2017-ci il tarixlərdə 30-cu Beynəlxalq Kitab Sərgi-yarmarkası keçirildi. Tədbirdə Azərbaycandan dəvət olunan nümayəndə heyəti ilə birlikdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov da iştirak etdi. Sərgi-yarmarkada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə qurulan stenddə ölkəmizin kitabları da nümayiş edildi. Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elm və turizm imkanlarını əks etdirən nəşrlər,- ümumilikdə yüz əlli adda kitab və çap məhsulları nümayiş olundu. Sərgidə Qarabağ həqiqətlərini əks etdirən ədəbiyyatlara da xüsusi yer ayrıldı. Sərgi-yarmarka başa çatdıqdan sonra bütün kitablar ölkəmizin Rusiyadakı səfirliyinə təqdim edildi.

Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfransı.

Həştərxan Vilayətində 25 avqust 2017 - ci il tarixdə “Kitabxana işinin gənc peşəkarlığı” mövzusuna həsr olunmuş “Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfrans”ı keçirilmişdir. Konfransda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov “Azərbaycanda Azərbaycan Respublikası Gənclər Kitabxanasının İnformasiyalaşdırması ” mövzusunda çıxış etmişdir. Tahir Sadıqov öz çıxışında Azərbaycanda Gənclər Kitabxanasının müasir fəaliyyətinin əsas parametrlərindən biri olan daxili iş proseslərinin informasiyalaşdırılması sahəsində yeni informasiya – kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsini konfrans iştrakçılarının nəzərinə çatdırdışdır. Həmçinin, cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında kitabxanaların əvəzsiz rolundan, bu sahədə əsaslı islahatların aparılmasından, 06 oktyabr 2008-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013 -cü illərdə inkişafı üzrə dövlət proqramının əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Beynəlxalq əlaqələrini, Soçi-Adler, Anapa, Moskvada keçirilən beynəlxalq konfranslarda iştraklarını, eləcə də Azərbaycanın Gəncə şəhərində keçirilən “Gənclər – innovasiyalar Kitabxanalar” Azərbaycan-Rusiya elmi- praktiki konfransını xüsusi qeyd etmişdir. Əldə edilmiş şifahi razılığa əsasən çox qısa zamanda Həştərxan Vilayəti Gənclər Kitabxanası və digər kitabxanalarla əməkdaşlığa dair müqavilələrin imzalanması nəzərdə tutulur. Konfrans materialları 2017-ci ilin axırına kimi çap ediləcək və bir nüsxə kitabxanamıza göndəriləcək.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()