Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçıllığı ilə Xocalı soyqırımına həsr olumuş tədbir keçirildi.

27 dekabr, 2017
Paylaş:

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçıllığı ilə Xocalı soyqırımına həsr olumuş tədbir keçirildi.

Tədbir Xocalı faciəsində həlak olanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Milli Məclisin deputatı Elman Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı tarixindən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan danışdı.

Şəhid Vasif Məmmədovun həyat yoldaşı, hüquqşünas Ceyran Əzizova qanlı Xocalı faciəsində Azərbaycan oğullarının şücaətini qüsusi vurğuladı. Milli Qəhrəman Tofiq Hüseynovun 817 nömrəli batalyonunda Vasif Məmmədovun keçdiyi döyüş yolundan söhbət açdı.

Xocalı şəhər 2 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri Zəhra Mustafayeva, Aydan Hüseynova, Zəhra Ələkbərzadə Xocalı şəhidlərinə həsr olunmuş ədəbi kompozisiya ilə çıxış etdilər.

Tədbirdə həmçinin, “Yeni Yurd” təşkilatının sədri Mahirə Əsədova, “Yeni tərəqqi naminə” qəzetinin baş redaktoru Aygün Həsənli, Azərbaycanın Milli Qəhrəmanı, Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, istefada olan polis polkovnik-leytenantı, Xocalı rayon polis şöbəsinin sabiq rəis müavini Hafiz Əbilov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin qadınlar şurasının sədri Ayna Allahyarqızı,Tümen vilayətinin Radujnıy diasporasının nümayəndəsi Sara Soltan, jurnalist Elmira Mürsəlqızı, polkovnik İsmayıl Qarayev, şairə Solmaz Şirvanlı, şəhid anası Fitat Məmmədova iştirak edirdilər.

Tədbirin sonunda “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi adından Ceyran Əzizova və Solmaz Şirvanlıya diplomlar təqdim olundu.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()