Paylaş:
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının könüllülərinin təşəbbüsü.
COVID-19 - koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. İnsandan-insana asanlıqla ötürülən bu yoluxucu xəstəlik artıq Azərbaycanda da sürətlə yayılmaqdadır. Respublika rəhbərliyi COVID-19-un Azərbaycanda qarşısını almaq üçün təcili tədbirlər həyata keçirir. Bu istiqamətdə fəaliyyət göstərmək hər bir kəsin borcu, vəzifəsidir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının könüllüləri 07 aprel 2020-ci il tarixdə Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi rayonları ərazisində küçələrdə pandemiyadan qoruyucu vasitələrsiz gəzən əhaliyə tibbi maska, əlcək, spirt paylayıblar. Əsasən tibbi maskaların çatışmadığı bu günlərdə kitabxananın könüllülərinin xidməti hamının köməyinə çatıb.



