14 aprel, 2023
Paylaş:

DÜNYA İNCƏSƏNƏT GÜNÜ

15 aprel Dünya İncəsənət Günüdür. Bu gün 2019-cu ildə UNESCO Baş Konfransının 40-cı sessiyasında təsis edilib  incəsənətin inkişafını, yayılmasını, insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

Azərbaycan xalqı da qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınaraq bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib. Tarix boyu xalqımızın mədəni özünəməxsusluğu qorunaraq yeni nəsillərə ötürülüb.

Respublika Gənclər Kitabxanasında “DÜNYA İNCƏSƏNƏT GÜNÜ” adlı ənənəvi kitab sərgisi təşkil edilmişdir. Sərgidə sözügedən mövzudan bəhs edən kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Dünya İncəsənət Günü” adlı biblioqrafik siyahı sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()