Dünyanı heyrətləndirən mədəniyyət ocağı

17 mart, 2022 50 nəfər Respublika Gənclər Kitabxanası
Paylaş:

Dünyanı heyrətləndirən mədəniyyət ocağı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2022-ci ili “Şuşa İli” elan etməsi  haqqında  Sərəncamla bağlı tədbirləri davam etdirir.

17 mart 2022-ci il tarixdə “Şuşa-  Dünyanı heyrətləndirən mədəniyyət ocağı” adlı tədbiri kitabxananın direktoru Aslan Cəfərov  ulu öndər Heydər Əliyevin "Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir" sözləri ilə açdı. Şuşa şəhərinin tarixi,  məşhur ziyalıları, sənətçiləri haqqında geniş məlumat verdi.

Elmi işlər üzrə direktor müavini Xalidə Musayevanın “Erməni işğalçıları tərəfindən məhv edilən Şuşanın tarixi-memarlı qabidələri”, şöbə müdirləri Qənirə Mustafayeva, Günay Həsənova, Nərminə Xəlilli, sistem inzibatçısı Şəhla Quliyeva,  kadrlar üzrə mütəxəssis Vüsal Məmmədovun “Şuşanın işğalı, Şuşanın bu günü və sabahı”  haqqında  çıxışlarından sonra “Şuşa fatehləri”, “Şuşa- gözəllər diyarı”, “Şuşa” adlı videoçarxlar, “Qarabağın tacı Şuşa -270” virtual kitab sərgisi nümüyiş olundu.

Bakı Dövlət Universitetinin  “Kitabxanaçılıq və informasiya” fakültəsinin tələbələrindən Göysu Abbasova, Nəzrin Əhədzadə, Aynurə Səfərova “Şuşanın tarixi”, “Şuşa- mədəniyyət beşiyi”, “Sosial şəbəkələrdə fəaliyyətimiz” mövzularında çıxışlar etdilər, Seymur Həzrətquliyev və Aytac Ömərova Şuşa haqqında şeirlər söylədilər.

“Şuşa böyük qayıdışın şah əsəridir”  adlı biblioqrafik vəsaitin təqdimatından sonra “Qarabağın zirvə tacı Şuşa-270” adlı ənənəvi kitab sərgisinə baxış keçirildi.

   

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()