“Əbədiyyəti qazanan dahi” adlı anım günü

12 dekabr, 2019
Paylaş:

“Əbədiyyəti qazanan dahi” adlı anım günü

12 dekabr 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ümummilli lider Heydər Əliyevin vəfatının 16 illiyi münasibəti ilə “Əbədiyyəti qazanan dahi” adlı anım günü keçirildi.

Tədbir öncəsi dünya şöhrətli ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın Fəxri Xiyabandakı məzarları ziyarət edildi, gül dəstələri qoyuldu.

Anım günü dahi rəhbərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözlərinin səsləndirilməsindən sonra başladı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin nəsillərə örnək olan layiqli həyat yolu, Azərbaycanın rifahı, dünya miqyasında tanınmasında əvəzsiz xidmətləri haqqında geniş məlumat verdi.

Tarixçi, jurnalist Ruhəngiz Abbasova “Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin inkişafında yüksək rolu” mövzusunda məruzə etdi.

Kitabxananın əməkdaşları Fəridə Cəfərova, Ülkər Nağıyeva, Sevda Rəhimovanın dahi rəhbərin Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsində, müstəqilliyinin əbədi, dönməz xarakter almasında, beynəlxalq nüfuzunun artmasında əvəzsiz xidmətləri mövzularında çıxışlarından sonra Tamella Məmmədova əbədiyaşar ümummilli liderin həyatı, Azərbaycanın daxili və xarici ictimai-siyasi fəaliyyətinə həsr olunmuş ədəbiyyatların elektron siyahısını təqdim etdi.

“Heydər Əliyev-fenomen” adlı video çarx tədbir boyu iştirakçılara nümayiş olundu.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()