“Əlilliyi olan şəxslərin hüquqları” adı altında dəyirmi masa
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 avqust 2019-cu il tarixdə “Əlilliyi olan şəxslərin hüquqları” adı altında dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixdə əlilliyi olan şəxslər haqqında qanun qəbul etməsi, bu qanunun maddələri haqqında məlumat verdi.
Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazimi sağlamlığında qüsur olan şəxslərin daim dövlətin himayəsində olmalarından, həmçinin, belə oxucu qruplarına kitabxanalarda xüsusi qayğı və diqqət göstərilməsindən danışdı.
Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov müvafiq İcra Hakimiyyətlərinin əlilliklə bağlı məsələlərə məsuliyyətlə yanaşmaları, problemlərinin həllində yardımçı olmaları mövzusunda çıxış etdi.
Kitabxananın əməkdaşlarından Almaz Əhmədova, Şəlalə Cəfərli, Xəyalə Məmmədova əlil oxuculara göstərilən kitabxana xidməti,- ədəbiyyat seçimində kömək etmək, ünvanlarına kitab çatdırma və sair haqqında ətraflı məlumat verdilər.
Tədbir boyu əlillərə həsr olunmuş video-çarx nümayiş olundu.