Federiko Qarsiya Lorka
İspaniya şairi, rəssamı, pianoçu və bəstəkarı Federiko Qarsiya Lorka... Əsrin ən böyük iki ispan şairindən biri hesab edilən Lorka gənc yaşda dünyadan köçsə də, yaradıcılığı ilə yanaşı, qeyri-normal şəxsi həyatı ilə də yaddaşlarda qalıb...
Cəmiyyətin çətinliklərinə və qayda-qanunlarına qarşı çıxan Lorka Qranada yaxınlığındakı kənddə, zəngin bir ailədə dünyaya göz açıb. Anası müəllim, atası isə sahibkar idi. Dayəsinin ona danışdığı ispan balladaları və qaraçı hekayələri ilə böyümüşdü. Uşaqlığını Qranadadakı yatılı məktəbdə keçirən gələcəyin sənətkarı daha sonra Madriddə hüquq və fəlsəfə təhsili alıb.
Lorka Madriddə keçirdiyi tələbəlik illərində sənət çevrələrinə qoşularaq Lui Bunuel və Salvador Dali ilə dostlaşıb. Bu iki sima sonradan ən böyük sürrealistlər sırasına daxil olub: Dali –məşhur rəssam, Bunuel isə rejissor.
Lui Bunuel tələbə şəhərciyində tez-tez çöldə məşq edər və qədd-qamətli bədəni ilə hamının diqqətini cəlb edərmiş. Cinsi azlıqlardan olan Luinin Lorka ilə dostluğu sonradan bir çox söz-söhbətlərin yaranmasına səbəb olmuşdu. Lakin bütün bunlara baxmayaraq, onların arasındakı dostluq münasibəti hər mənada alınırdı. Çünki Lui az qala sənətin bütün sahələrində mükəmməl idi. Yaxşı dramaturq, mükəmməl piano ifaçısı olan şair Lorka isə hətta gözəl rəsmlər də çəkirmiş. Çox sakit təbiətli, mülayim, unikal biri olan şairin yeganə çatışmayan cəhəti şəxsi həyatındakı anormallıq olub. Lorkanın şəxsi həyatı ilə bağlı bəzi məlumatları ispanlar çox uzun müddət gizlətməyə çalışsalar da, sonralar onun bioqrafları tərəfindən açığa çıxıb.
Dali isə Lorkanı çox sevsə də, heç vaxt ona “qarşılıq” verməyib. “Sirli həyat” adlı kitabında Dali onu “Çılğın gəncliyimin ən yaxşı dostu” adlandırıb.
İspaniya vətəndaş müharibəsinin başlanğıcında olarkən milliyyətçilər tərəfindən öldürülən Lorkanın memuarları yarımçıq qalıb. 38 yaşında güllələnməsəydi, yəqin ki, o da dostları haqda gözəl fikirlər yazacaqdı…
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.