“Gənclər gələcəyimizin qurucularıdır”- 2 fevral Gənclər günü münasibəti ilə musiqili ədəbi-bədii gecə

31 yanvar, 2020
Paylaş:

“Gənclər gələcəyimizin qurucularıdır”- 2 fevral Gənclər günü münasibəti ilə musiqili ədəbi-bədii gecə

31 yanvar 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi ilə birlikdə 2 fevral Gənclər günü münasibəti ilə “Gənclər gələcəyimizin qurucularıdır” adı altında musiqili ədəbi-bədii gecə keçirdi.

Tədbir vətən torpaqlarının toxunulmazlığı uğrunda şəhid olan gənclərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Kitabxananın direktoru Oruc Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi kimi ölkəmizdə bu günkü idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəslin uğurlarından danışdı.

Mərkəzin əməkdaşı Rəna Vahabzadə ulu öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 1997-ci ildə imzaladığı Fərmana əsasən 2 fevral tarixinin Azərbaycanda Gənclər günü elan edilməsi, bu siyasi kursun hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında məlumat verdi.

Mərkəzin direktoru Aida Muradova dahi rəhbər Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etməsi, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirməsi mövzusunda çıxış etdi.

Mərkəzin bədii rəhbəri Məhərrəm Nəcəfzadə müasir Azərbaycan gəncliyinə inkişafımızın hər sahəsində uğurlar arzuladı.

Yasamal MKS-nin X.Natəvan adına dörd saylı kitabxana filialının nəzdində fəaliyyət göstərən “Səməd Vurğun poeziya ocağı” ictimai birliyinin sədri Zərəngiz Mansurova Milli Ordunun könüllü döyüşçüsü, şəhid Vəfa Dəmirçioğlunun şücaəti haqqında danışandan sonra çıxışını şerlə bitirdi.

Aktyor-parodiyaçı İlham Əziz Məhəmməd Füzuli, Cabir Novruzun əsərlərindən parçalar söylədi. Müasir gəncləri Mübariz İbrahimovdan nümunə götürməyə, vətənpərvərliyə səslədi.

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin üzvləri Elşən Osmanov, Telli Əbilova, Röyal Yaşar “Bilmirəm”, ”Olmaz”, “Çıx yaşıl düzə”, “Bakılı balasıyam”, “Qadan mən alım”, “Neyləyim” mahnılarını ifa etdilər. Ansamblın iki üzvü “Nazeləmə” rəqsi ilə çıxış etdi.

Tədbir kitabxanada “Vətənin gələcəyi gənclər” adlı kitab sərgisinə baxışla sona çatdı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()