Həvəskar rəssam Nərgiz Ağayevanın fərdi sərgisi

28 aprel, 2022
Paylaş:

Həvəskar rəssam Nərgiz Ağayevanın fərdi sərgisi

90 ildən çoxdur ki, gənc nəslin mədəni, intellektual inkişafında yaxından iştirak edən, istedadlı və yaradıcı gənclərə dəstək olan Respublika Gənclər Kitabxanasında 28  aprel 2022-ci il tarixində Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq informasiya" fakültəsinin IV kurs tələbəsi Nərgiz Ağayevanın fərdi sərgisi təşkil olundu. Sərgidə kitabxananın əməkdaşları, ali məktəb tələbələri və həvəskar rəssamın yaradıcılığına maraq göstərən qonaqlar iştirak etdi.

Sərgidə  həvəskar rəssamın yağlı boya ilə çəkilən 10-dan çox əsəri təqdim olundu. Daha çox təbiət mənzərələrinin çoxluq təşkil etdiyi rəsmlər izləyicilər tərəfindən maraqla qarşılandı.

Sərgidə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov həvəskar rəssam Nərgiz Ağayevanın ilk sərgisinin məhz mədəniyyət ocağı olan kitabxanada təşkil olunmasının müsbət hal olduğunu bildirərək, Azərbaycan və dünya miqyasında məşhur olan rəssamlar haqqında danışdı, rəssamlığın incəsənət növləri arasında ən çətin, lakin eyni zamanda ən maraqlı sahələrdən biri olmasını vurğuladı.

Sərgisi təşkil olunan həvəskar rəssam Nərgiz Ağayeva öz çıxışında sərginin keçirilməsi üçün yaratdıqları şəraitə görə Respublika Gənclər Kitabxanasına öz minnətdarlığını bildirdi. Rəsmləri haqqında məlumat verərək, kitabxanaçılıq ixtisası üzrə təhsil almasına baxmayaraq, bu sənətə uşaqlıq illərindən maraq göstərdiyini və gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini söylədi.  Tədbirdə Nərgiz Ağayevanın sərgidə sərgilənməyən rəsmlərindən ibarət video çarx da nümayiş olundu.  

Sonda müəllif rəsmlərindən birini kitabxanaya hədiyyə etdi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()