05 mart, 2026
Paylaş:

Hüseyn Arifin Vurğun dastanı - Səməd Vurğun 120 (1-ci hissə)

Azərbaycan poeziyasının körkəmli nümayəndələrindən biri olan xalq şairi Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Balaş Azəroğlu, İslam Səfərli, Əliağa Kürçaylı və digər görkəmli sənət adamalrı ilə birlikdə, ötən əsrin 45-50-ci iilərində böyük ədəbiyyata gələn və həmin dövr Azərbaycan poeziyasını yaradan nəslə mənsubdur. Səməd Vurğun, Rəsul Rza, Sülüeynan Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim və digər poeziya bahadırlarının at oynatdığı meydanda gənc şairlərin yeni söz demək, öz üslubunu yaratmaq imkanı nə qədər çətin olsa da, məhəz elə onların himayəsi və qayğısı altında istedları parlayan gənc şairlərə zəruri dəstək göstərilir, öz istedad və bacarıqlarının üzə çıxarılmasında və inkişafında hər tərəfli şərait yaradılırd.Öz xatirələrində, məqalələrində və əsərlərində özləriniSəməd Vurğunun poeziya məktəbinin yetirmələri və nümayəndələri hesab edənBəxtiyar Vahabzadə, Nəbi Xəzri, İslam Səfərli, Əliağa Kürçaylı, Adil Babayev, Novruz Gəncəli, Aslan Aslanov, Tofiq Bayram və digərləri kimi, Hüseyn Hüseynzadə də özünü Səməd Vurğun ədəbi məktəbinin ən sədəqatli yetirmələrindən birisayır,xalq ruhundan el ədəbiyyatından, folklorumuzdan, sazın-sözün sehrindən maya tutan və onları öz yaradıcılığında özünəməxsus poetik ifadələrlə əks etdirən Hüseyn Arif hələ saza-sözə vurğunluğunun ilk vaxtlarından Səməd Vurğunu və aşıq Mirzə Bayramovu özününü ustadı hesab edirdi:

Dilimizin qüdrətidir,

Ağzımızın ləzzətidir,

Yurdumuzun şöhrətidir,

Sözdə Vurğun, sazda Mirzə.

Demə səsin batasıdır,

O aləmə çatasıdır,

Hüseynin ustasıdır,

Sözdə vurğun, sazda Mirzə

Sonralar o, bir az da qabağa gedərək özünü Səməd Vurğunun ədəbi varisi hesab edirdi.Milyonlarla Azərbaycanlı kimi, Hüseyn Hüseynzadənin də Səməd Vurğun sevgisinin bünövrəsi ibtidai məktəbdə oxuduğu illərdən qoyulmuşdu. Bu hissləri xatirələrində qələmə alan Hüseyn Arif yazır: “Mən Səməd Vurğunu uşaqlıq illərindən,ibtidai kənd məktəbində oxuduğum illərdən tanıyıram. Lakin onunla aramızda əsl tanışılıq Böyük Vətən Müharibəsindən sonra, təxminən universitetə daxil olduğum vaxtdan başladı”. Hüseyn Hüseynzadə böyüdükcə, yaşa dolduqca onun şeirə, saza, sözə olan məhəbbəti də onunla birlikdə böyüyür və onun təsəvvüründə elə şeir, söz və sənətlə əkiz olan Səməd Vurğuna məhəbbət də getdikcə böyüyür, onunqəlbinə hakim kəsilir, həyatının ayrılmaz hissəsinəçevrilirdi. Hüseyn Hüseynzadə ilə Səməd Vurğunun ilk tanışlığı onun xatirələrində qeyd etdiyi kimiAzərbaycan Dövlət Universitetinə daxil olduğu, müəllimi böyük ədəbiyyat adamı Cəfər Xəndanının universitetdə təşkil etdiyi ədəbiyyat dərnəyinə üzv olduğu illərdən başlayır.

Nə qədər paradoksal da olsa qeyd edilməlidir ki, bütün repressiyalara və ideoloji basqılara baxmayaraq həmin illər ədəbiyyat adamları cəmiyyətin ən nüfuzlu, sayılıb, seçilən zumrələrindən biri idi və elə buna görə dəgənclər arasından ədəbiyyata böyük bir axın var idi. Həmin dövrdə ədəbiyyatımıza istiqamət verən, onu yönləndirən ədəbiyyat adamlarrından biri və birincisi Səməd Vurğun idi. O vaxtlar Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsində çalışan Səməd Vurğun universitetlərdə keçirilən ədəbi görüşlərdə və Yazıçılar İttifqının Natəvan Klubunun həftədə bir dəfə keçirilən,gənc yazarlar üçün təşkil olunan Gənclər günündə iştirak edir, gənc istedadlarınşeirlərini dinləyir. Sonda özü çıxış edir, səsələnən şeirlər haqqında fikirlərini bildirir, onlara istiqamət verir, ən istedadlı gəncləri isə himayəyə götürərək,onlara təhsil almaq, yaşamaq, işləmək və yazıb-yaratmaq üçün şərait yaradırdı. Böyük şairin gənc istedadlara münasibətini ən gözəl ifadə edən Əməkdar İncəsənət xadimi, şair Tofiq Bayram yazırdı:“Biz 1950-ci illərin əvvəllərində Səməd Vurğunun böyük qayğısı, böyük müdrikliyi, ədəbiyyata, poeziyaya və gəncliyə böyük məhəbbəti sayəsində şeirə gəlmişik.Yazıçılar ittifaqında həftədə bir dəfə Gənclər günü keçirilirdi. Həmin gün biz böyük ürək çırpıntısı ilə, böyük intizarla Səməd Vurğunun gəlişini gözləyirdik və uzaqdan Xaqani küçəsinin girəcəyində Səməd Vurğun bir dağ kimi, poeziya işığı, bir peyğəmbər kimi görünür, onun dalğalı ağ saçları bizim gözlərimizə nur saçırdı.... Səməd Vurğunun səsi, nəfəsi, bizi Yazıçılar İttifaqına mehrab kimi baxmağa, sitayiş etməyə təşfiq edirdi.”Hüseyn Hüseynzadə də onlarca gənc həmkarı kimi, Səməd Vurğun yaradıcılığına , şəxsiyyətinə, xarakterinə, davranış tərzinə, səsinə, nəfəsinə vurğun olan, ona ”sitayiş “ edənlərdən biri idi. Onunla ilk tanışlığını xatirələrində qələmə alan şair yazırdı: “Bir dəfə ədəbiyyat dərnəyindəiştirak edən gənc şairlərlə birlikdəNatəvan adına klubda mən də çıxış edirdim...Mən Vətən müharibəsində həlak olan komsomolçu dostum Bayram Məmmədova həsr etdiym “ Komsomol bileti” şeirini oxudum... İkinci gün universitetdə məni dekanata çağırıb dedilər:- Bu saat get Yazıçılar İttifaqına, sizi orda Səməd Vurğun gözləyir. Mən çox həyacanlandım. Dünyalar qədər sevdiyim bir insan, sənətkar birdən-birə səni axtarır. Getdim. Bir qədər gözlədimş. Qapı açıldı, Səməd Vurğun qapının arasından məni görən kimitanıyıb:- ayə, içəri keç!-dedi. Sıxıla-sıxıla irəli keçdim. O, mənə -dünənki şeirin çox xoşuma gəldi, dedi,-onu çap etdirməmisən ki?- Xeyr!-dedim. Səməd Vurğun qımışaraq:-Oxu!- dedi...Şeiri əzbərdən oxudum.Sonra o, zəngi basdı, “Ədəbiyyat qəzeti”nin əməkdaşlarından Məmməd Əkbər yoldaş gəldi.Səməd Vurğun tapşırdı ki, bu oğlanın şeirini növbəti nömrədə çap edin. Bu hadisə mənim, şeirə, sənətə olan həvəs və inamımı daha da artırdı”. Sonrakı illərdə Böyük şairlə Hüseyn Hüseynzadənin görüşləri daha davamlı xarakter alır, Səməd Vurğun onun yaradıcılığı ilə daha yaxından maraqlanır, onun “xalq ədəbiyyatına meyli və məhəbbəti, folklorla maraqlanmağı” xoşuna gəlir: “Bu yolla da get, sənin şeirlərində mənim xoşuma gələn xəlqilik və təbiilikdir”- deyirdi. Hüseyn Arif öz yaradıcılığında davamlıolaraq Səməd Vurğun obrazına müraciət etmiş, müxtəlif dövrlərdə ona şeirlər həsr etmişdir. Onun Böyük şairə həsr etdiyi ən kövrək şeirlərdndən biri “Sənsiz olmasın” şeiridir. Səməd Vurğunun xəstə yatdığı həssas bir dövrdə yazılmış həmin şeir son dərəcə səmimi vəkövrəkdir. Həmin şeirdən iki bəndi bu yazıda nümunə gətirməklə hesab edirəm ki, hər iki söz ustadına ehtiramımı bildirmiş olaram:

İtirdim yuxumu, qərarımı mən,

Dilim haray çəkir, qəlbim döyünür.

Qurtarın şairi bu xəstəlikdən,

Həkimlər, həkimlər, aman günüdür!

Yaz kimi açılar qış fəsli çöllər,

Köməyi, istəyi gül-çiçək olsa;

Çiynində Qoşqarı aparar ellər,

Ona dərman üçün qar gərək olsa.

Səməd Vurğun həm yaradıcılığı, həm şəzsiyyəti, həm vətənpərvərliyi, həm milliliyi, milli olduğu qədər də beynəlmiləlçiliyi və digər saya gəlməyən insani keyfiyyətləri ilə hələ sağlığnda xalq arasında simvollaşmış , rəmzləşmiş şəxsiyyət idi. Səməd Vurğun aşiqi olan, onu özünün sənət müəllimihesb edən, onun şəxsiyyətinə, yaradıcılığına qeyri-adi bir varlıq kimi baxan Hüseyn Arif, özunu onun ədəbi varisi hesab edir, həm davranışında, həm yaradıcılığında, həm fəaliyyətində, həm də yaradıcılığında onu yaşatmağa çalışırdı.Və təsədüfi deyil ki, ilk olaraq yaradıcılığında Səməd Vurğunun bədii obrazını yaratmaq ideyası və qisməti Hüseyn Arifə məxsusdur. Maraqlı bir detala dəyərli oxucunun diqqətini cəlb etmək istəyirəm. Məlumdur ki, Səməd Vurğun özünun ustadı, mənəvi sələfi hesab etdiyi Molla Pənah Vaqifi yaşadığı dövrün nəslinə daha yaxşı və yaxından tanıtmaq üçün ədəbiyyatımızın qızıl xəzinəsinə daxil olan, böyük ustalıqla və poetik qüdrətlə qələmə alınmış, dillər əzbəri olan “Vaqif” dramını yaratdı. Düşünürəm ki, Hüseyn Arif də öz ustadı Səməd Vurğunun sadəliyi qədər böyüklüyünü, dahilyini, fitri istedadını, Vətən, dil, xalq , millət dövlət və təbiət sevgisini gələcək nəsillərə çatdırmaq üçün Ustadının yolu ilə gedərək onun həyat və yaradıcılığına, fəaliyyətinə həsr olunan, xüsusi bir ustadlıqla və böyük sevgi ilə məşhur “Yolda” poemasını və həmin poema əsasında “Yolda” pyesini yaratdı.

Qeyd etmək lazımdır ki, poema işıq üzü gördükdən sonra ədəbi came tərəfindən böyük müzakirələrə səbəb oldu. Həmin müzakirələrdə iştirak edən və Səməd Vurğuna böyük məhəbbəti olan Məmməd Araz yazırdı: “Səməd Vurğun kimi böyük bir sənətkarın həyatını qələmə almaq, onun obrazını yaratmaq nə qədər şərəflidir.Lakin bu, şərəfli olduğu qədər də məsuliyyətli və çətindir!...Bu mənada onun obrazını yaratmaq şairdən hünər istəyir“.

Məlumdur ki, Hüseyn Arifbu dastanı Səməd Vurğunun vəfatından dərhal sonra -1956-cı ildə yazmağa başlayıb. Bu o zaman idi ki,böyük şair həyata təzəcə vida demşdi. Onun şəxsiyyəti və yaradıcılığı artıq yaddaşlara hopmuşdu. Şairin ölümünü heç kəs qəbul etmək istəmir, onu qəlblərində yaşadırdılar. Belə bir zamanda, şairin, xalqın yaddaşında artıq rəmzləşmiş obrazını yaratmaq, Xalq şairi Məmməd Araz demiş müəllifdən“hünər istəyirdi”. Hüseyn Arifin özü də bu mövzuya müraciət etməyə tərəddüd edirdi. Və bu tərəddüdü qovmaq , bu hünərə sahibi olmaq üçüno, ilk növbədə Səməd Vurğunun ustadı Molla Pənah Vaqifdən xeyir-dua almaq istəyirdi. Təsadüfi deyil ki, əsər “Vaqiflə söhbət”lə başlayır, şair Vaqifin vətəni Qarabağdan Vurğunun vətəni Qazağa səyahət edir, “Aradım yaxını, gəzdim uzağı, yönüm gah arana, gah dağa düşdü, çiçək mövsümündə bir axşam çağı, yolum Qrabağdan, Qazağa düşdü” deyərək, Qazaxda Vaqifin heykəli qarşısında dayanıb, onunla xəyalən söhbət edir, Vaqif onu sorğu-suala tutur:

Canlı insan kimi danışdı heykəl,

Qaçma qabağından sual-sorğunun

Vaqif xəbər aldı hər şeydən əvvəl

Bəs hanı dastanı, hanı Vurğunun?

Dedim:-çox uşağam bu meydanda mən

Hələ əliməsir, dilim dolaşır.

Dedi:- Tanıyıram sən Hüseynsən,

Vurğunun dastanı sənə yaraşır.

Poemanın dili son dərəcə sadə,yüyrək və rəvan, əsərdə əks olunan hadisələr o qədərmaraqlı və cəlbedicidir ki, sanki bir dastan oxuyursan. İri həcmli, müxtəlif hissələrdən ibarət olan bu poemanı fikrimcə, müxtəlif boylardan ibarət lirik bir dastan da adlandırmaq olar. Şairin özü də Vaqifin dili ilə “Vurğunun dastanı sənə yaraşır” deməklə bu əsəri dastan adlandırır.

Yaradıcılığının ən qaynarillərini Səməd Vurğun dastanının yaradılmsına həsr edən müəllifin iç dünyasında bu obraz hələ o, məktəbdə oxuduğu iilərdə yaranmışdı. Zaman keçdikcə şairin obrazı da onunla birlikdə böyümüş və 30-35 yaşında olarkən onun zirvəsinə çatmışdı.Səməd Vurğunun bütün yaradıcılığına dərindən bələd olan, onun ömür yolu ilə yaxşı tanış olan, həyatını izləyən, gəzdiyi yerləri qarış-qarış gəzərək, ustadının görüşdüyü insanlarla görüşən, xatirələrini dinləyən Hüseyn Arif bu dastanın yaradılmasına ömrünün beş ilini həsr etmişdi:

Tez başa gəlmədi yazdığım əsər,

Kənddə gecələdim, şəhərdə qaldım.

“Yolda deyə-deyə hər axşam-səhər,

Ömürdən düz beş il mən yola saldım.

Oyandım çox zaman günəşdən qabaq.

Əsla düşünmədim şöhrət üçün mən.

Dözdüm hər zəhmətə bu işdə ancaq

Böyük ustadıma hörmət üçün mən

Müəllifin əsəri “Yolda” adlandırmasının da rəmzi mənası var. O, ustadını həmişə həyatda hesab edirdi. Yolda dedikdə o, qəhrəmanının hərəkətdə,səfərdə, yol üstündə, yolda təsəvvüredirdi. Düşünürəm elə bu səbəbdən də o, dastanını “Yolda” adlandırıb. Poemanın Vurğun bizimlədir hissəsində müəllif yazır:

Gedir ön cərgəmizdə,

Gedir hər zamankıtək.

Yenə də sinəsində

Vurur alovlu ürək.

Yox, bitməyib səfəri,

Gözü sağda, soldadır,

O, hələ də yoldadır

O, hələ də yoldadır.

Ramiz Göyüş,

“Şərq” qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()