Paylaş:
İLYAS ƏFƏNDİYEV - 110
Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyi ilə əlaqədar olaraq “İlyas Əfəndiyev - 110” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə İlyas Əfəndiyevnin həyat və yaradıcılığını əks etdirən kitablar, dövrü mətbuat nümunələri, kitabxana əməkdaşları tərəfindən hazırlanan “İlyas Əfəndiyev 110” adlı biblioqrafik icmal sərgilənməkdədir.