04 fevral, 2025
Paylaş:

Kamal Sunal

Türkiyə kinosuna adını qızıl hərflərlə yazan, "gülən adam" kimi tarixə düşən, "Şaban" təxəllüsü ilə komik rolların mahir ifaçısı, "Yeşilçam" filmlərinin məşhur aktyoru, rejissor, ssenarist Kamal Sunal... "Süt Kardeşler", "Tosun Paşa", "Salako", "Köyden şehire", "Çöpçüler kralı" kimi filmlərdəki rolları ilə milyonların qəlbini fəth edən bu adamın ömrü fobiyası üzündən bitməsəydi, hələ çox uğurlar qazanar, Çarli Çaplin, Lyu de Fines kimi məşhur komediya ustalarını üstələyərdi...

Əli Kamal Sunal 1944-cü il noyabr ayının 10-da İstanbulda anadan olub. Noyabrın 10-u Atatürkün ölüm gününə təsadüf etdiyindən aktyor doğum gününü həmişə noyabrın 11-i qeyd edib. Kamal savadlı uşaq olsa da hər sinfi iki ilə bitirib. Çünki yoldaşlar bir-birilərindən ayrı düşməmək üçün sinifdə qalırlarmış. "Hababam sınfı"ndakı kimi onların da sinfində hər şagirdin bir ləqəbi olub. Kamala isə "Koçero" ləqəbi veriblərmiş.

Deyilənə görə, sənətçi çox simic adam olub. Məşhur olsa da, çox pul xərcləməyi sevməzmiş. Gələcəyə pul yığarmış. Məşhur türk aktyoru Kadir İnanır onun haqqında belə deyirdi: "Qənaət etmək üçün yeməyi də az yeyərdi".

İbrahim Tatlısəsi dinləməyi çox sevən aktyor "Şarkı bülbülü" filmində bir növ elə müğənnini canlandırıb. Gülərüz simalı rolları ilə gözəlürəkli bir adam kimi yaddaşlara həkk olan Kamal Sunal həyatda soyuq və ciddi adam olduğunu, gülməyi isə heç sevmədiyini deyərmiş. Rollarına görə hər kəs onu həyatda da sadəlövh hesab edərmiş. Amma dostları deyir ki, Kamal çox ağıllı insan idi: "Amma həmişə öz həyat qaydaları ilə yaşaya bilmədi. Çünki çarəsiz idi, həm də qorxaq...". Aktyor zahiri görünüşünü heç bəyənmirdi. Hətta müsahibələrində özünütənqiddən heç vaxt çəkinmirdi: "Mən yaraşıqlıyam? Əlbətdə deyiləm. Mən atsifətəm...".

Kamal Sunal spirtli içki aludəçisi olsa da, sonralar həkimin təkidilə tərgidib. Lakin dostlarını daim aldadaraq, badədə araq adına adi su içirmiş.

Gənc ikən Mərmərə Universitetinin Jurnalistika fakültəsinə daxil olsa da, təhsilini yarımçıq qoyub. Lakin 51 yaşında həmin universitetin məzunu olub. Doktorluq müdafiə etməyi və müəllim olmağı arzulasa da, vaxtsız ölümü bu arzusunu gözündə qoyub.

Solçu imiş. Ancaq heç vaxt mövqeyini bildirməyib. Heç bir bir siyasi hadisənin iştirakçısı olmayıb. Sənət həyatını dəyişən ilk filmi evlilik həyatının da demək olar ki, başlanğıcı olur. İlk filmindən sonra Ankaraya səfər edən aktyoru izləməyə gələn və zalda ilk sırada əyləşən bir qız təsadüfən onunla göz-gözə gəlir. Daha sonra bir dost məclisində həmin qızla yenidən qarşılaşır. Dostlarının təkidi ilə onunla görüş təyin edir. Aktyor görüşə gec gəlir, səbəb isə tanımadığı bir qadınla görüşmək istəməməsi olur. Ancaq Kamal Sunalın istəksiz görüşdüyü o qız, bilirsiniz, kimdir? Aktyorun "Bir dəfə də doğulsam, min dəfə də doğulsam, yenə Kamal Sunalla evlənərdim" deyən həyat yoldaşı Gül Sunal. İki il məktublaşırlar. Atası elə bilirmiş ki, Gül aktrisa olmaq istəyir. Qız isə gerçəyi özündə gizli saxlayır, gülüb keçərmiş. Ancaq həqiqət ortaya çıxanda Gülün ailəsi onun Kamalla evlənməyini istəmir. Lakin onu tanıdıqca qərarlarını dəyişirlər. Kamalla Gül evlənir və özü kimi aktyor olan Əli və Ezo adlı uşaqları dünyaya gəlir.

Onun həyatı boyunca ən böyük qorxusu təyyarəyə minmək olub. Amma bunu hamıdan gizlədərdi. Bu səbəbdən heç vaxt təyyarəyə minmirdi. Lakin Necati xarakterini canlandıracağı "Balalayka" filminin çəkilişi ilə bağlı Trabzona getmək üçün məcbur təyyarəyə minib. Təyyarə göyə qalxmadan öncə infarkt keçirən 56 yaşlı əfsanəvi aktyor həyatla əbədi vidalaşıb. Həkimlər onun ölümündə qorxularının infarkt keçirmək üçün əhəmiyyətli faktor olduğunu ifadə ediblər.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()