Kaspi liseyinin şagirdləri Gənclər Kitabxanasında qonaq olublar
19 oktyabr 2023-cü il tarixində Kaspi Ağ Şəhər liseyinin 5-ci sinif şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq oldular. Kitabxananın direktoru Aslan Cəfərov liseyin kitabxanaçısı Şahnaz Quliyeva, müəllimləri Aygün Hacıyeva və Gülsüm Quliyevanın rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, onların bu gəlişini kitaba, mütaliəyə olan marağın və sevginin göstəricisi olduğunu söylədi. İnsanın vətənə, cəmiyyətə faydalı fərd kimi yetişməsində, elmi biliklərə yiyələnməsində kitabların müstəsna əhəmiyyət daşıdığını, hər bir məktəblinin öz tarixini, keçmişini, mədəniyyətini, ədəbiyyatını bilməli və bu işdə onlara kitabların və mütaliənin böyük yardımçı olacağını vurğuladı. Mütaliənin insan həyatında, onun bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışaraq, məktəbliləri kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə etdi.
Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva məktəblilərə kitabxananın fəaliyyəti, ondan istifadə qaydaları, elektron xidmətləri haqqında geniş məlumat verərək, məktəblilərin mütaliəyə maraq göstərməsi istiqamətində bu səpkili görüşlərin əhəmiyyətindən danışdı.
Şagirdlər kitabxanada təşkil olunan ”Ulu öndər Heydər Əliyev”, “Vətən şəhidləri”, “Tarixi qələbə - Zəfər günü”, “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa”, “Yeni kitablar” sərgiləri ilə tanış oldular, sərgilənən materialların hansı meyarlar əsasında tərtib olunması haqqında məlumatlandırıldılar.
Görüşün sonunda xatirə şəkli çəkildi.

_20-10-2023_09-39-47.jpg)











