“Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda treninq
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 21-25 noyabr 2016-cı il tarixlərdə “Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi” mövzusunda treninq keçirilib. Treninqdə aşağıda göstərilən proqramların öyrədilməsi, tətbiqi haqqında geniş məlumatlar verilmişdir: -“Mikrosoft Office” (Mətni lazım olan formata salmaq. Elektron kitabları tərtib etmək. Prezentasiyaları hazırlamaq. Elektron sənədləri çapa verən zaman kağız formatları, çap rejimləri düzgün seçmək. Şəkillərin ölçülərini azaltmaq və ya çoxaltmaq. Skanerdə kağız sənədləri elektron formata çevirən zaman parametrləri düzgün seçmək və s.) - “Fayllar üzrə əməliyyatlar” (Mətn növlü faylları PDF növünə çevirmək. Video növlü faylları lazım olan növünə çevirmək. Tədbirlərin video roliklərini youtube kanalında yerləşdirmək. Yerləşdirilən video materialların digər yerlərdə (saytlarda) yayımını etmək. Video, Audio, Data növlü diskləri yaratmaq və faylları köçürmək. Youtube saytında kanalı yaratmaq. Youtube kanalına istifadəçiləri cəlb etmək və s.) - “Windows 10 əməliyyat sistemi” (Əməliyyat sistemi (ƏS) yenilətmək. (UPDATE). Başlıca əməliyyat sistemi sazlamaq. (BİOS). Sərt diski hissələrə bölmək. (PARTATİTİON). Yaradılmış hissələri format etmək. (FORMATİNG). Əməliyyat sistemini format olunan hissəyə yazmaq və s.) (SETUP) - “Qlobal və lokal şəbəkələr” (Repeater (Təkrarlayıcı). Switch (Çevirici). HOST.) Treninqdə Ağcabədi, Kürdəmir, Qazax, Oğuz, Astara, Şəki, Zərdab, Quba, Qusar, Sabirabad, Göyçay, Hacıqabul, Salyan, Ucar kitabxanalarının əməkdaşları iştirak edirdilər. Treninqin sonuncu günü iştirakçılara sertifikatlar verilmişdir.