“Kitabxanalardan gələcəyə” adlı XIX Beynəlxalq Konfrans

16 sentyabr, 2019
Paylaş:

“Kitabxanalardan gələcəyə” adlı XIX Beynəlxalq Konfrans

16-21 sentyabr 2019-cu il tarixdə Krasnodar vilayəti Mədəniyyət Nazirliyinin dəstəyi və Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkilatçılığı ilə Anapa şəhərində “Kitabxanalardan gələcəyə” adlı XIX Beynəlxalq Konfrans keçirildi.

Altı gün davam edən konfransda digər MDB ölkələrinin kitabxana əməkdaşları ilə yanaşı Azərbaycandan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev də iştirak etdi. Oruc Quliyev “İnformasiya məkanı və kitabxanaların problemləri” mövzusunda məruzə ilə çıxış etdi.

Belorus Respublikası Yazıçılar İttifaqı İdarə Heyətinin və Rusiya Yazıçılar İttifaqının üzvü, A.Nevski adına Ümumrusiya Tarixi-Ədəbiyyatı Mükafatının laureatı Vyaçaslav Vasilyeviç Bonderenko, Rusiya Qiraət Assosiasiyasının Regionlararası İctimai Birliyinin Prezidenti, psixologiya elmləri namizədi, professor Natalya Nikolaevna Smetannikova, “İnformasiya hamı üçün” YUNESKO Proqramının Rusiya Komitəsinin sədr müavini, Regionlarası Kitabxana Əməkdaşlığı Mərkəzinin icraçı direktoru Sergey Dmitrieviç Bekeykin və s. kimi kitabxana sahəsinin mütəxəssislərinin yer aldığı konfrans maraqlı tədbirləri, plenar iclasları, sərgiləri, ustad dərsləri ilə yadda qaldı. Konfransın plenar iclaslarında “Milli layihə "Mədəniyyət" sahənin inkişaf proqramı kimi”, “Mütaliə - mətn - oxucu: yeni dövrdə yeni münasibətlər”, “XXI əsrdə insan həyatında bədii ədəbiyyatın rolu”, “Rusiya Dövlət uşaq kitabxanası uşaq ədəbiyyatının milli mərkəzi kimi”, “Sevastopol kitabxanalarının layihə fəaliyyətləri kitabxanaçıların kommunikativ səriştələrinin inkişafının effektiv mexanizmi kimi” və s. mövzular ətrafında çıxışlar və müzakirələr oldu. Plenar iclaslardan əlavə konfrans müddətində "İnformasiya mətni ilə işləmə strategiyası (mətnin oxunması, oxu bacarığı, kompüter proqramı, oxu strategiyası)", "Valideynlər uşaqların mütaliənin sevməsinə necə kömək edə bilər", “Ailə mütaliəsi (mətnlə işləmək üçün effektiv strategiyalar)” və s. mövzularda ustad dərsləri də keçirildi. Konfrans çərçivəsində müxtəlif maraqlı ekskursiyalar eyni zamanda, sərgi-müsabiqələr də təşkil olundu. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev konfransın plenar iclasları, ustad dərsləri və videokonfranslarda fəal iştirak etmiş, müzakirələrə qatılmışdır. O, həmçinin, konfrans davam edən günlərdə Azərbaycanda kitabxana xidməti, rəhbərlik etdiyi kitabxananın fəaliyyəti və s. haqqında tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Konfransın sonunda iştirakçılar diplom və sertifikatlar ilə təltif edildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()