Layihələr (2020-2021-ci illər)

12 aprel, 2023
Paylaş:

Layihələr (2020-2021-ci illər)

“#Evdə qal. Mütaliədən qalma” adlı aksiya çərçivəsində kitabxana əməkdaşları və həmçinin də bizim fəal istifadəçilərimiz öz mütaliə üstünlükləri ilə paylaşır, bu və ya digər kitablar haqqında məlumat verirlər. Ümumilikdə sözügedən aksiya üzrə sosial şəbəkələrimizdə  310 ədəd foto və video material  yerləşdirilmişdir. Bu məlumatlandırıcı, həm də tövsiyə xarakterli materiallara misal olaraq, Çingiz Abdullayevin, Elxan Elatlının, Varisin, Teador Drayzerin, Mopassanın, Ceyms Kuperin, Ceyn Ostenin, Dostayevskinin, Lev Tolstoyun və s. kitablarına çəkilmiş video çarxları göstərmək olar .

 “#Evdə qal. Ədəbiyyat və mədəniyyət incilərini tanı” adlı aksiya çərçivəsində kitabxana əməkdaşları M.F.Axundov,  M.Ə.Sabir, C.Cabbarlı, M.Müşfiq, Mir Cəlal, S.Vurğun, , M.Dilbazi, A.Şaiq, H.Cavid, N.Kəsəmənli, V.Səmədoğlu kimi Azərbaycan yazarları, Üzeyir Hacıbəyov, Q.Qarayev, F.Şopen kimi dahi bəstəkarlar,  M.Maqamayev, H.Qurbanova, M.Abdullayev, B.Səfəroğlu,  T.Drayzer, A.Kristi, V.Şekspir, D.Braun kimi dünya ədəbiyyatı və mədəniyyəti nümayəndələri  haqqında hazırlanmış video çarxlar vasitəsilə öz istifadəçilərini maarifləndirirlər. Sözügedən aksiya üzrə  314-dən çox  foto və video material  yerləşdirilmişdir.

#Evdə qal. Dünyamızı və ölkəmizi tanı” adlı aksiya isə bütünlükdə istifadəçiləri dünya ölkələri və şəhərləri haqda məlumatlandırmağa yönəldilmişdir. Bu aksiya üzrə kitabxana əməkdaşları tərəfindən ABŞ, Almaniya, Fransa, İtaliya, Vatikan, Türkiyə (Kapadokya), BƏƏ, İspaniya, Portuqaliya, Estoniya, Litva, Braziliya, Hindistan, Vyetnam, Qazaxstan, İsveçrə, Norveç, Danimarka, Finlandiya, Sinqapur, Kuba, Macarıstan və s. kimi dünya ölkələri, Bakı, Gəncə, Şəki, Şamaxı, Qəbələ və s. şəhərlər haqqında   210-dan çox   video və foto material yerləşdirilmişdir.  

“#Kitab səhifələrindən mavi ekrana” aksiyası çərçivəsində kitabxana əməkdaşları kitab şəklində olan və oxucu rəğbəti qazanmış əsərlərin motivləri əsasında çəkilən filmlər haqqında 85-dən çox video çarxlar hazırlamışlar. Sözügedən aksiya çərçivəsində “Sevil”, “Almas”, “Səhər”, Dərviş Parisi partladır”, “Qətl günü”, “Bəxt üzüyü”, “Aygün”, “Uzaq sahillərdə”, “Qürur və qərəz”, “Pianoçu”, “Amfibiya adam” və s. filmləri haqqında video çarxlar hazırlanmışdır.

“#Böyük Vətən Müharibəsində Azərbaycan səhifəsi” aksiyası Böyük Vətən Müharibəsinin 75 illik yubileyinə həsr olunmuşdur. Bu aksiya çərçivəsində kitabxana əməkdaşları Vətən müharibəsinin qələbəsində Azərbaycanın oynadığı rol haqqında 90-dan çox video çarxlar hazırlamışlar. Aksiya çərçivəsində Sovet İttifaqı Qəhrəmanı, əməkdar elm xadimi Ziya Bünyadov, Bakı nefti,  Azərbaycan təyyarəçiləri, qəhrəman qadınları, milli atıcı diviziyalar və s. haqqında video çarxlar hazırlamışdırlar.

“#Evdə qal. Dünya kitabxanalarını tanı”aksiyası çərçivəsində kitabxana öz izləyicilərini dünyanın möhtəşəm və qeyri-adi kitabxanaları ilə tanış edir. Aksiya çərçivəsində kitabxana əməkdaşları tərəfindən 30-dan çox  “Dünyanın ən böyük 5 kitabxanası”, “ABŞ  Konqres Kitabxanası”, “Rusiya Milli Kitabxanası”, “Çinin Tyantszin kitabxanası”, “Dünyanın ən möcüzəli kitabxanaları” və s. adlı virtual video-səyahət çarxları hazırlanıb kitabxananın sosial şəbəkə səhifələrində yerləşdirmişdir.

“#Tariximizin qəhrəmanlıq imzası” adlı aksiyada kitabxana əməkdaşları Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şücaət göstərmiş qəhrəmanlarımız haqqında 110-dan çox video material hazırlamışlar.

“#Dünya ənənələri, ənənələr dünyası” adlı aksiya çərçivəsində kitabxana əməkdaşları tərəfindən dünya xalqlarının məişətini, folklorunu maraqlı adət və ənənələrini özündə əks etdirən 50-dən çox video çarx hazırlanmışdır.

“#Beynəlxalq dünya təşkilatları” adlı aksiyası həm Azərbaycan, həm də Rus və İngilis dillərində hazırlanan, UNESCO, BMT, İSESCO və s. kimi dünya miqyaslı təşkilatlar haqqında bəhs edən video materiallar yerləşdilmişdir.  Bütün bu materiallar kitabxana əməkdaşları tərəfindən səsləndirilmiş və hazırlanmışdır.

Kitabxana “Dünya şöhrətli azərbaycanlılar” aksiyasını həyata keçirməklə öz istifadəçi auditoriyasını dünyada elm, mədəniyyət, siyasət sahəsində şöhrət tapmış həmyerlilərimiz ilə tanış etmək istəmişdir. Aksiya çərçivəsində ümummilli lider Heydər Əliyev, fizika-riyaziyyat elmləri doktoru, akademik, əməkdar elm xadimiMilli Aviasiya Akademiyasının rektoru Arif Paşayev,  süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitenin professoru Lütfəli Rəhim oğlu Ələsgərzadə, görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, "Şöhrət Ordeni" laureatı Müslüm Maqamayev, Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu, əvəzolunmaz violenç ifaçısı və dirijor Mstislav Rostropoviç, "Cazın əfsanəsi - Vaqif Mustafazadə" , Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti,  "Heydər Əliyev" ordeni laureatı Zeynəb Xanlarova,  Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Rusiya Federasiyasının əməkdar geoloqu, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Fərman Salmanov,  məşhur heykəltəraş, Azərbaycan Respublikasının
xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Ömər Eldarov, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi  Toğrul Nərimanbəyov, görkəmli cərrah-alim ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov və s. dünyaca məşhur azərbaycanlılar  haqqında video çarxlar və virtual sərgilər hazırlanmışdır.

“#Kitabxanaçı məsləhəti” aksiyası sırf oxucu mütaliəsinin inkişafına yönəldilmiş aksiyadır. Aksiya çərçivəsində 50-dən çox yerli və xarici ədəbiyyat nümayındələrinin əsərlərinə “book trailer” lər çəkilmişdir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan bu materiallar kitabxananın sosial şəbəkələrində yerləşdirilmişdir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()