28 iyun, 2022
Paylaş:

Lev Nikolayeviç Tolstoy

            Daha çox “ Hərb və sülh ”, “ Anna Karenina ” romanının müəllifi kimi tanıdığımız, görkəmli yazıçı  Lev Tolstoy öz müasirləri  arasında yalnız əsərləri ilə deyil , həm də özünəməxsus  mülkədarlığı ilə məşhur idi. Qraf demək olar ki, hər gün yer şumlayır, ot biçir və odun doğrayırdı. Fiziki işin onu gümrah  saxladığına inanan dahi, iş görmədiyi günlər özünü pis hiss edir, yuxuya gedə bilmirmiş. Dahi yazıçının  hobbisi isə çəkmə tikmək idi. Tolstoy tikdiyi çəkmələri hədiyyə etməyi çox sevərdi. Kürəkəni Mixail Suxotin memuarlarında yazırdı ki, qaynatasının ona öz əlləriylə tikib hədiyyə verdiyi çəkməni “ Hərb və sülh ” kitabı ilə eyni rəfdə, böyük sevgim ilə qoruyur.

            Təxminən 50 yaşından etibarən ət yeməyi dayandırıb vegeterian olan Tolstoy meyvə və giləmeyvələri sevsə də, albalıya nifrət edərdi. Üstəlik, o, ət yeyənlərə adamyeyən kimi baxaraq  bunu sadəcə qəbuledilməz hesab edərdi. Atları çox sevən qraf, atının onun məzarının yanında dəfn edilməsini vəsiyyət etmişdi. Deyilənlərə görə, Tolstoy ayaqların gəzirmiş. Onun bu cür gəzməsinə səbəb isə aşağı təbəqədən seçilmək istəməməsi idi. Başqa bir versiyaya görə, o bunu özünü əsəbləşdirmək üçün edirmiş. İtləri sevməyən dahinin bu heyvanların hürməsinə qarşı fobiyası var idi.

            Gəncliyində şans oyunlarına meyilli olan Tolstoy deyilənlərə görə yaxşı qumarbaz olub. Hətta bir dəfə qumar borcu o qədər böyüyübmüş ki, bunu mülkünü satmaqla ödəməli olub. 34 yaşına qədər evlənməyən yazıçı həyatında sevgi macəralarına daha çox yer ayırıb. Maraqlı orasıdır ki, toyu hüzn mərasiminə bənzədən dahinin yaradıcılıq fəaliyyətindəki uğurları da evləndikdən sonra başlayıb.

            82 yaşında 48 illik evliliyinin sonunda arvadına : “ Mənim yaşımdakı insanların etdikləri şeyi edirəm , son günlərimi  sükut və təklik içində keçirmək üçün bu dünyadan əl çəkirəm ” məzmunlu yazılı bir qeyd qoyub evi tərk etmişdi. Bir neçə gün sonra isə qatar stansiyasından  donmuş cəsədi tapılıb.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()