Macarıstanlı qonaq Respublika Gənclər Kitabxanasında
İyunun 12-də II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Azərbaycanda səfərdə olan Macarıstanın İstanbuldakı Baş Konsulluğunda Macarıstan Mədəniyyət Mərkəzinin mədəniyyət attaşesi vəzifəsində çalışan macar şairi, tərcüməçi Balaş Soloji və festivalın Macarıstan günlərinin koordinatoru, yazıçı, şair Ramil Əhməd Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.
Görüş zamanı qonaqlara Respublika Gənclər Kitabxanası haqqında məlumat verilib. Bildirilib ki, 152000-dən artıq fondu olan Gənclər Kitabxanası bu il 95 illik yubileyini qeyd edir. Qonaqlara kitabxanada tətbiq edilən Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri, elektron və metodiki xidmətlər haqqında geniş məlumat verilib.
Daha sonra qonaqlar kitabxana fondu ilə yaxından tanış olub, şöbələrə, sərgilərə baxış keçiriblər.
Görüşün sonunda qonağa Azərbaycanın tarixi abidələrini əks etdirən suvenirlər və 44 günlük Zəfər Tarixindən bəhs edən kitab hədiyyə edilib, xatirə şəkli çəkdirilib.