Milli Dirçəliş günü münasibəti ilə “Milli dirçəliş, milli rifah” adlı dəyirmi masa
15 noyabr 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Milli Dirçəliş gününün 27 illiyi münasibəti ilə “Milli dirçəliş, milli rifah” adlı dəyirmi masa keçirildi.
Tədbir Azərbaycanın torpaqlarının, ərazi bütövlüyünün toxunulmazlığı uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılan, azadlıq hərəkatı kimi qiymətləndirilən Milli Dirçəliş gününün tarixi haqqında geniş məlumatla məruzə edəndən sonra “17 noyabr dirçəliş və birlik günümüz” adlı video çarx nümayiş olundu.
Kitabxanaçı İradə Əmrahova “Milli dirçəliş, xilas yolu” adlı çıxışında milli dirçəlişimizi vətənimizin istiqlaliyyət qazanmasında əsas amil, istiqamətverici qüvvə kimi qiymətləndirdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin tələbələri Pərvanə Hümbətova, Şəfa Binnətova, Seyidməsmə Ələkbərova 1988-ci ilin noyabrın 17-də Bakının Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqlərinin əsl xalq hərəkatı, milli azadlıq hərəkatı olması mövzusunda çıxışlar etdilər.
Tədbirin sonunda “Milli Dirçəliş günü” adlı kitab sərgisinə baxış keçirildi.