Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə kitab sərgisi
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərmişdir. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan, - qəzet və jurnal fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini də müəyyən etmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün, - 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli Mətbuat və Jurnalistika günü” adlı kitab sərgisi açılmışdır. Kitab sərgisinə baxış bir həftə ərzində davam edəcəkdir.



