Paylaş:
MİLLİ QURTULUŞ GÜNÜ
15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümumilli lider Heydər Əliyevdir.
Respublika Gənclər Kitabxanasında “15 iyun - Milli Qurtuluş Günü” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat materialları, kitabxana əməkdaşları tərəfindən hazırlanmış ”15 İyun - Milli Qurtuluş Günüdür”adlı daycest sərgilənməkdədir.