02 iyun, 2025
Paylaş:

Mirzə Qədim İrəvani - 200

Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur.

Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan incəsənətinin inkişafına töhfələr vermiş görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2025-ci il

MİRZƏ QƏDİM İRƏVANİ - 200

Mirzə Qədim İrəvaninin 200 illik yubileyi çərçivəsində #MirzəQədimİrəvani200 rublikası

 

 

Mirzə Qədim İrəvani - Mah Tələtin portreti

 

 

 

Mirzə Qədim İrəvani - Gənc qadının portreti

 

 

 

Mirzə Qədim İrəvani - Atlı

 

 

 

Mirzə Qədim İrəvani - Qızılgül və bülbül

 

 

 

Mirzə Qədim İrəvani - Gül və bülbül

 

 

 

Mirzə Qədim İrəvani - Dərviş

 

 

 

Mirzə Qədim İrəvani - Gənc oğlanın portreti

 

 

 

Mirzə Qədim İrəvani - Döyüşçü

 

 

 

Mirzə Qədim İrəvani - Hüseynqulu xan

 

 

 

Mirzə Qədim İrəvani - Abbas Mirzənin portreti

 

 

 

Mirzə Qədim İrəvani - Rüstəm Zal

 

 

 

Mirzə Qədim İrəvani - Mah Tələtin portreti

 

 

 

Mirzə Qədim İrəvani - Dərviş rəsmi

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()