13 mart, 2024
Paylaş:

“Naxçıvan Muxtar Respublikası - 100” təqvimi (I hissə)

2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə “Naxçıvan Muxtar Respublikası - 100” adlı təqvim hazırlanıb. Təqvimin hazırlanmasında əsas məqsəd Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış Naxçıvan diyarı haqqında məlumatların geniş oxucu kütləsi arasında təbliğidir. Silsilə xarakterli olması planlaşdırılan təqvimin birinci buraxılışı ulu diyar Naxçıvanın dini, elmi, mədəni, tarixi-memarlıq nümunələrinə,folkloruna, milli geyim, musiqi alətlərinə, rəqs, mətbəx nümunələrinə həsr edilmişdir.    

“Naxçıvan Muxtar Respublikası - 100” təqvimi

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()