“Nəşrlərin satınalınması müsabiqəsi” sona çatmışdır

18 may, 2022
Paylaş:

“Nəşrlərin satınalınması müsabiqəsi” sona çatmışdır

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkil etdiyi “Nəşrlərin satınalınması müsabiqəsi” sona çatmışdır. Bir ay müddətində davam edən müsabiqənin əsas məqsədi oxucu kontingentini və mütaliə tələbatını nəzərə almaqla, fondu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirməkdən ibarətdir. Müsabiqəyə 14 nəşriyyat və üç müəllifdən 398 adda kitab daxil olmuşdur. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir. Müsabiqənin təşkilində  şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana  tərəfindən  yaradılan  Nəşriyyat  Məhsullarının  Satınalınması  üzrə  Komissiya həyata keçirmişdir. Belə ki,   əsasnaməyə uyğun olaraq, dəyərləndirmə müddəti ərzində Komissiya tərəfindən müsabiqəyə daxil olan kitablar arasından seçim edilmişdir.

Xatırladaq ki, müsabiqənin şərtlərinə əsasən  Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 15 nüsxə alınacaqdır.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()