“Nizami Gəncəvi və müasir Azərbaycan gəncliyi”- “Nizami Gəncəvi İli” çərçivəsində növbəti tədbir

01 fevral, 2021
Paylaş:

“Nizami Gəncəvi və müasir Azərbaycan gəncliyi”- “Nizami Gəncəvi İli” çərçivəsində növbəti tədbir

2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi bir sıra mədəniyyət ocaqları kimi Respublika Gənclər Kitabxanasının əməkdaşları arasında da böyük ruh yüksəkliyinə səbəb olaraq, qarşımızda gənclərimizi klassik ədəbiyyatımız yüksək zirvəsi olan Nizami Gəncəvi dühası ilə daha yaxından tanış etmək kimi bir vəzifə qoymuşdur. Respublika Gənclər Kitabxanası “Nizami Gəncəvi ili” münasibətilə silsilə tədbirlərini davam edir. Növbəti belə tədbir 01 fevral 2021-ci il tarixdə “Zoom” platforması üzərindən Respublika Gənclər Kitabxanası və “Gənc könüllülər” hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi və müasir Azərbaycan gəncliyi” adlı görüş oldu.

Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb, “Nizami Gəncəvi ili” ilə əlaqədar kitabxananın hazırladığı tədbirlər planından, Nizami Gəncəvi dühasının Azərbaycana parlaq klassik bir ədəbiyyat xəzinəsi bəxş etməsindən, dahi şairin uzun əsrlər boyu öz oxucusunu hikməti, əzəməti, dərin mənası ilə sehrləməklə yanaşı onu mənəvi cəhətdən təmizləməsi, saflaşdırması, vətənpərvərliyə, ülvi məhəbbətə səsləməsindən danışdı.

Sonradan söz alan Üzeyir Mustafayev sədr müavini olduğu “Gənc könüllülər” hərəkatının fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Üzeyir müəllim öz çıxışında təşkilatın 2000 artıq üzvünün olmasını, hər bir gəncə fərdi yanaşmalarını, fəaliyyət istiqamətlərinin genişliyini də qeyd etdi. Müasir gəncliyin Nizami Gəncəvi irsinə sonsuz maraqlarını və bu irsdən bəhrələnmələrini də bildirdi.

Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi çıxışını “Nizami Gəncəvinin heykəlləşmiş dünya şöhrəti var” fikri ilə başladı. Nizami Gəncəvi irsinin bütün dünya ölkələri tərəfindən unikallığının etiraf edilməsindən, “Xəmsə”nin bir çox şairlər tərəfindən tərcüməsindən, Nizaminin fars dilindən başqa türkcə də əsərlərinin mövcudluğundan danışdı. Pərviz müəllim Nizami yaradıcılığına böyük məhəbbət və marağının nəticəsi onun məşhur “Divanı”nı tərcümə edərək türk dilində çap etdirməsindən də tədbir iştirakçılarına məlumat verdi.

Kitabxananın əməkdaşlarından Pərvin Mehdiyeva Nizami Gəncəvinin “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi”, Lətifə Cəfərova “Oğluma nəsihət”, Sona Yaqubova “Ay üzlü nigarım, kimə mehman olacaqsan”, Lalə Hüseynova “Sənsiz” qəzəllərini söylədilər.

Tədbirin sonunda Üzeyir Mustafayev və Pərviz Kazımi ünvanlanan sualları cavablandırdılar.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()