28 iyun, 2022
Paylaş:

Onore de Balzak

“ Dərin olmasam da, kifayət qədər əhatəli adamam”- bu dahi yazarın özü haqqında olan fikirləri idi. Bu ikibaşlı fikri nə səbəbdən və hansı şəraitdə söylədiyi məlum deyil. Yəqin, ya öz xarici görnüşünə, ya da zəhmətlə qazandığı  ədəbi uğurlarına görə belə qətiyyətlə deyib. Mübağiləsiz olaraq  Balzakı dünya yazarları arasında qeyri – standart bədən qurluşuna sahib və ən şişman qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan bu adamı iki çöp kimi nazik ayaqları zorla daşıyırdı. Daha çox iştahı , qeyri - adi  bər – bəzəyi və ədəbsizliyi ilə məşhur olan bu dahi deyilənlərə görə, bir gün restoranların birində nahar edərkən on iki ədəd qoyun kotleti, bir ördək, iki balıq, iki qızarmış kəklik və yüzdən çox dəniz ilbizini birdən aşırıbmış. Özünü süfrə arxasında çox qeyri – etik aparan ədibin yemək yeyərkən yemək qalıqları ağzının kənarlarından ətrafa səpələnirmiş. Bütün bunlarla yanaşı, xarici görkəminin kasadlığına , gigiyena qaydalarından uzaq olmasına baxmayaraq, yüzlərlə qadınla da münasibət qurması son dərəcə heyrət doğurur. Deyilənlərə görə, bu dahi hətta “ heyrətamiz ” bir kolleksiya növü ilə də məşğul imiş. Hər görüşdüyü  qadının saç telindən götürərək kolleksiya toplayırmış.

            Balzakın qarın dostlarından biri deyirdi ki, dahi ilə dəlini nazik bir tül pərdə ayırır. Böyük alman alimi Aleksandr fon Humboldt bir dəfə psixiatr dostundan xahiş edir ki, onu pasiyentlərindən olan əsl başdanxarabla görüşdürsün. Bu xahişdən sonra psixiatr evindəki nahara bir neçə pasiyenti ilə Balzakı da dəvət edir. Humboldtla ilk dəfə qarşılaşan Balzak süfrə arxasında ağzına gələni danışaraq özünəməxsus yemək “ mədəniyyətini ” nümayiş etdirir. Nahar bitdikdən sonra Humboldt dostuna tərəf əyilərək, belə bir nadir nüsxəylə görüşdüyü üçün ona minnətdarlıq edir. Bu vaxt psixatr: “ Sizin diqqətlə baxdığınız adam pasiyentim yox, Onore de Balzakdır! ”, - deyir.

            Balzakın qeyri – adi yazıçılıq uğurlarına təkan verən isə qəhvə idi. O, bəlkə də tarixdə ilk qəhvə düşkünü idi. Gün ərzində ən azı 50 fincan qara tünd türk qəhvəsi içdiyi deyilən dahi hətta bu içkini bişirməyə vaxt tapa bilməyəndə bir ovuc dənəvər qəhvəni üyüdüb ağzına atardı. Səhər yeməyi anlayışı tək qəhvədən ibarət olan yazıçının ölümünə də qəhvə səbəb olub. Həddindən artıq kofein qəbulu əlli iki yaşında yazıçının axırına çıxıb.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()