Oxu günü

21 aprel, 2019
Paylaş:

Oxu günü

21 aprel 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə “Oxu Günü” keçirildi. Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan, əsas məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəldilən “Oxu Günü”ndə Azərbaycan Respublikası təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak edirdilər. Tədbirdə bir çox nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirdilər. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da “Oxu Günü”ndə Azərbaycan, rus və digər xarici dillərdə olan 70 adda kitablardan ibarət sərgilərlə iştirak etdi. Kitab sərgiləri yüzlərlə oxucunun böyük maraq və diqqətinə səbəb oldu. Kitabxananın əməkdaşları həmçinin, oxuculara kitabxananın Azərbaycan, rus və digər xarici dillərdə zəngün kitab fondu haqqında da geniş məlumat verdilər.
 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()