Prezident cənab İlham Əliyevin 60 illik yubileyi
Bu gün – 24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, 44 günlük Vətən Müharibəsinin şanlı qələbəsinin memarı cənab İlham Heydər oğlu Əliyevin doğum günüdür.
Respublika Gənclər Kitabxanası cənab Prezidentin ad günü münasibətilə “İlham Əliyevin gənclər siyasəti” adlı video çarx, virtual sərgi və kitabxana daxilində ənənəvi sərgi hazırlanmışdır.
Bir neçə bölmədən ibarət olan virtual sərgidə cənab Prezidentin həyatı, təhsil illəri, prezidenlik fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Virtual sərgidə dünya miqyaslı siyasətçilərin, dövlət xadimlərinin müzəffər Ali Baş Komandan haqqında söylədikləri fikirlər, onun haqqında yazılan kitablar, bu nəşrlərin tam təsvirləri, annotasiyaları öz əksini tapmışdır.
Virtual sərgidə istifadəçilərə 3 dildə: Azərbaycan, rus və ingilis dilində 32 adda elektron variantı olan kitablar təqdim olunmuşdur.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “İlham Əliyevin gənclər siyasəti” adlı video çarx isə bir növ cənab Prezidentin müxtəlif rəsmi görüşlərdə, tədbirlərdə müasir gəncliyimiz haqqında söylədiyi çıxışların, dilə gətirdiyi fikirlərin toplusudur. İzləyici video çarxa baxdıqca son onilliklərdə müasir gəncliyimizin necə inkişaf etdiyini, necə yeni – yeni sərhədləri hüdudları aşaraq beynəlxalq uğurlara, müvəffəqiyyətlərə imza atdığının şahidi olur. Video çarxda cənab prezidentin gəncliyimizə olan sonsuz inamı, etibarı, 44 günlük Vətən Müharibəsinin döyüş meydanında gəncliyimizin nümayiş etdirdiyi şücaətinə, qəhrəmanlığına ehtiramı aydın hiss olunur.
Bundan əlavə kitabxana daxilində “İlham Əliyev 60” başlığı altında ənənəvi sərgi də təşkil olunmuşdur. Sərgidə cənab Prezident İlham Əliyevin həyat və fəaliyyətinə, beynəlxalq siyasi arenada qazandığı nailiyyətlərə, daxili və xarici siyasətinə həsr olunmuş kitablar sərgilənmişdir.
Sözügedən materialların hər biri kitabxananın İnstagram səhifəsində paylaşılmışdır. Linklər aşağıda təqdim edilir.
https://www.instagram.com/p/CX2vif9l7O9/
https://www.instagram.com/p/CX0hqpoFM2b/
https://www.instagram.com/p/CX2y4xAsXZy/




