14 iyul, 2022
Paylaş:

Respublika Gənclər Kitabxanasında "Creative Summer" layihəsi çərçivəsində təlimlərə start verilir

"GUYS" İctimai Birliyinin təşkilatçılığı, Cəfər Cabbarlı adına Gənclər Kitabxanası və Freres Wear-ın tərəfdaşlığı ilə "Binary School” proqramı çərçivəsində "Creative Summer" layihəsinə start verilir.
Əsas məqsəd qrafik dizayna marağı olan gənclərin fəaliyyətini bu istiqamət üzrə stimullaşdırmaq və onların inkişafına töhfə verməkdən ibarət olan bu layihə çərçivəsində Respublika Gənclər Kitabxanasında bu proqramları tədris edəcək təlimlər təşkil olunacaq.

Layihəyə qatılmaq üçün tələb olunan əsas meyarlar:
– 17-25 yaş aralığında olmalı;
– Kompüteri olmalı;
– Təşəbbüskar və məsuliyyətli olmalı;
– Komanda ilə işləmə bacarığı olmalı;
– Kreativ olmalı;
– Gələcək karyera planlama istiqaməti qrafik dizayn və uyğun digər istiqamətlər  ilə üst-üstə düşməli.

Son müraciət tarixi: 20 İyul 2022-ci il, saat 18:00
Qeydiyyat linki: https://linktr.ee/guyspu
Qeyd edək ki, layihəni uğurla başa vuran gənclər sertifikatla təltif olunacaq. Eyni zamanda xüsusi fərqlənən gənclər təcrübə proqramına cəlb ediləcək.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()