Respublika Gənclər Kitabxanasında “Nəşrlərin satınalınması müsabiqəsi” sona çatmışdır
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 19 fevral – 1 mart tarixlərində təşkil etdiyi “Nəşrlərin satınalınması müsabiqəsi” sona çatmışdır. Bir ay müddətində davam edən müsabiqənin əsas məqsədi oxucu kontingentini və mütaliə tələbatını nəzərə almaqla, fondu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirməkdən ibarətdir. Müsabiqəyə 8 nəşriyyat və üç müəllifdən 500 adda kitab daxil olmuşdur. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı zəfər tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir.
Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirmişdir. Belə ki, əsasnaməyə uyğun olaraq, dəyərləndirmə müddəti ərzində Komissiya tərəfindən müsabiqəyə daxil olan kitablar arasından seçim edilmişdir.














