"Ruhumun çağırışları" adlı kitabın təqdimatı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair Eldar Hüseynovun “Ruhumun çağırışları” adlı kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq, bu səpkili tədbirlərin, kitab təqdimalarının, müəllif görüşlərinin kitabxanalarda, kitab məbədlərində keçirilməsi əhəmiyyətindən və gələcəkdə geniş audioriyada təbliğ olunması imkanından danışdı. Bu gün təqdimatı keçirilən kitabın müəllifinin poeziya janrında yazıb-yaratdığını və yaradıcılığında əsasən lirik şeirlərə və sonetlərə üstünlük verdiyini söylədi. Poeziyanın, ədəbiyyatın çox mühüm, eyni zamanda çox kövrək, həssas bir janrı olduğunu vurğulayaraq, bu əsərlərin yazılması əhəmiyyətindən danışdı. Gələcəkdə müəllifin kitablarının elektron variantının hazırlanaraq Respublika Gənclər Kitabxanasının elektron kitabxanasına verilməsini də təklif etdi.
“Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə Babakişiyeva şair Eldar Hüseynovun yaradıcılığı və və “Qəlbimin çırpıntıları” kitabı haqqında məlumat verərək, “Eldar müəllim özünün poetik duyğuları ilə şeir dünyasının gözəlliyini bizə çatdırır” fikrini səsləndirdi.
Müəllif Eldar Hüseynov 10 il ərzində dərc olunmuş “Gəlmə”, “El Bakuvinin yüz soneti” kitabları, “Prometey”, “Ən birinci və əsli” poemaları haqqında məlumat verərək, 3-cü kitabına daxil olan 100 sonetin Şərq xanımlarının gözəlliyinə, zərifliyinə, insani keyfiyyələtlərinə həsr etdiyini söylədi.
Azərbaycan Texniki Universitetin müəllimi Yusif Hüseynov atasının yaradıcılığından bəhs edərək onun 400 sonetin müəllifi olduğunu bildirdi.
Tədbirdə iştirak edən Azərbaycan Texniki Universitetin müəllim kollektivinin nümayəndələri – İradə Abbasova və Ramil Dadaşov təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşərək, müəllifə yaradıcılıq uğurları arzu etdilər.
Təqdimatda Eldar Hüseynovun “Azərbaycan”, “Ruhumun çağırışları”, “Şərq necə də gözəldir!” şerləri Azərbaycan və rus dillərində səsləndirildi.
Tədbirin sonunda müəllif tədbir iştirakılarının suallarını cavablandırdı, kitablarını kitabxanaya hədiyyə etdi.











