Şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

27 sentyabr, 2019
Paylaş:

Şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr 2019-cu il tarixində Bakı İdman Sarayında şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş 81 yerli və 22 ölkədən, 40 xarici nəşriyyat, poliqrafiya müəssisələri, kitabxanaların təmsil olunduğu VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da iştirak edirdi.

Sərgi-Yarmarkanın açılışını edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan xalqının mənəvi dünyasında kitabların həmişə özünəməxsus dəyərli yer tutmasını xüsusi vurğuladı. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, digər beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsini qeyd etdi.

Sərgi-Yarmarkada Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, biblioqrafik vəsaitlər, elektron resurslardan ibarət CD disklərin nümayişi sərgiyə baxış keçirənlərin diqqətini cəlb etdi.

27 sentyabr tarixində Pərviz Kazimi və Oruc Quliyevin “Kitabxanalarda internet forumlarının keçirilməsinin metodikası”, Oruc Quliyevin “Azərbaycanda şəhər əhalisinə kitabxana-informasiya xidməti”, Azad Qurbanov, Pərviz Kazimi və Oruc Quliyevin “Elektron kitabxanalar” kitablarının təqdimatı keçirildi. Təqdimat mərasimində Cəfər Cabbarli adına Respublika Gənclər Kitabxanasının əməkdaşları, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup tələbə və müəllimləri iştirak etdilər. Təqdimat mərasiminin sonunda tədbir iştirakçılarına kitablardan hədiyyə verildi.

Sərgi-Yarmarkanın sonuncu günü Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakına görə “Diplom”la təltif olundu.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()