“Sən azadsan” kitabının təqdimatı

07 oktyabr, 2022
Paylaş:

“Sən azadsan” kitabının təqdimatı

7 oktyabr 2022-ci il tarixində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı “Sən azadsan!” kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli,  Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn,  şairpublisistAzərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar, Azərbaycan Dövlət Nəşriyyatının  Baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, gənc şairlər, yazıçılar və başqaları iştirak edirdi.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov ilk növbədə bu kitabın ərsəyə gəlməsində iştirak edən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi, tarixə nəzər salaraq erməni vandalizminin, təcavüzkarlığının qədim tarixdən gəldiyini, onların Azərbaycan dövlətinə, millətinə olan təcavüzkar mövqeylərinin əsrlər, illərdir ki, davam etdiyini bildirdi. Bu kitabın şanlı Zəfər tarixinin bir nümunəsi olduğunu, adının Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə müraciətlə dediyi “Əziz Şuşa, sən azadsan!” sözlərindən götürüldüyünü vurğuladı.

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bu gün çap olunan və geniş oxucu kütləsinin mütaliəsinə təqdim olunan hər bir kitabın nəşr olunmasının çox müsbət, sevindirici bir hal olmasını vurğuladı, Azərbaycanın qələbəsinə, Şanlı Zəfər tarixinə həsr olunan kitabların çapının xüsusi əhəmiyyətindən danışdı, bu nəşrlərin gələcək nəsillərə bir örnək, xatirə olacağını qeyd etdi.

“Sən azadsan” kitabının tərtibçi və redaktoru Fərid Hüseyn kitabda poema, şeir,  esse və hekayələri toplanan gənc şair və yazarlar haqqında məlumat verdi. Kitabın Emin Pirinin “Sən azadsan” şeiri ilə başlandığını və onun memuarları ilə bitdiyini xüsusi vurğuladı. O, həmçinin, uzun illər davam edən Qarabağ torpağının işğalı və Şuşa itikisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışdı, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını vurğuladı.

Təqdimatda Şahanə Müşfiq, İntiqam Yaşar, Gülnar Səma, Nargis müəllifi olduqları şeirləri səsləndirdilər. Emin Piri, Ramil Əhməd öz Şuşa xatirələri və qələbədən sonrakı Şuşa səfərləri haqqında danışdılar.

Təqdimatın sonunda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Sözügedən kitabda Azərbaycanın şanlı zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələri toplanmışdır. Kitabın layihə rəhbəri və ideya müəllifi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov,   ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini “525-ci qəzet”in Baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcid, tərtibçi və redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir..

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()