“Sevilənlər, sevənlər” rubrikası altında “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxl ilə evdən canlı görüş

03 avqust, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxl ilə evdən canlı görüş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin şəraitində oxuculara onlayn xidməti davam etməkdədir.

03 avqust 2020-ci il tarixdə “Sevilənlər, sevənlər” rubrikası altında kitabxananın təşkil etdiyi canlı yayının qonağı “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı oldu.

Müsahibə başlamazdan əvvəl canlı yayının aparıcısı Günay Həsənova ilk növbədə qonağı Milli Mətbuatın 145 illiyi münasibəti ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə kitabxananın rəhbərliyi və kollekrivi adından təbrik edib ona yaradıcılıq uğurları arzuladı.

1900 nəfərdən çox istifadəçinin qatıldığı canlı yayın zamanı Elçin Şıxlı mütaliəyə hədsiz bağlılığından, ənənəvi, peşəkar və vətəndaş jurnalistikanın xüsusiyyətləri, müasir dövrdə mətbuatın qarşısında duran yeniliklər və vəzifələrdən, informasiya müharibəsi anlayışından, bu müharibədə uğur qazanmaq yollarından, “Ayna” və “Zerkalo” qəzetlərindəki fəaliyyətindən, saytının yaranma tarixindən, qəzetin onun həyatında xüsusi rolundan danışdı.

Elçin Şıxlı həmçinin, atası yazıçı İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşdü, ondan yadigar qalan və sonradan daha da zənginləşən kitabxanasından söhbət açdı. “Dəli Kür” romanının İsmayıl Şıxlının ən uğurlu qələm əsəri olmasını xüsusi vurğuladı.

Elçin Şıxlı canlı yayın zamanı həm aparıcının, həm də izləyicilərin çoxsaylı suallarını cavablandırdı.

Canlı yayının sonunda qonaq görüşün təşkilinə və maraqlı müsahibəyə görə kitabxananın rəhbərliyinə və izləyicilərə öz təşəkkürünü bildirdi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()