“Sevilənlər, sevənlər” rubrikası altında Azərbaycanın xalq artisti Gülyaz Məmmədova il evdən canlı görüş.

19 may, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında Azərbaycanın xalq artisti Gülyaz Məmmədova il evdən canlı görüş.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 19 may 2020-ci il tarixdə “Sevilənlər, sevənlər” rubrikası altında növbəti canlı yayının qonağı Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova oldu.

Canlı görüşün aparıcısı, kitabxananın şöbə müdiri Günay Həsənova özünün və çoxsaylı izləyicilərin suallarını xalq artistinə ünvanladı. Gülyaz Məmmədova ilk növbədə səhnəyə gəlişi, ustadları Nəriman Əliyev, Kamil Vəzirov, Canəli Əkbərov haqqında məlumat verdi. Müğənni opera səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan”, “Koroğlu” , Şəfiqə Axundovanın “Gəlin qayası” , Ramiz Mustafayevin “Vaqif”, Vasif Adıgözəlovun “Natəvan”, Niyazinin “Rast” əsərlərində oynadığı rollar haqqında da söhbət açdı.

Gülyaz Məmmədova sənət uğurlarından danışdı, uzun illər səhnəni Azərbaycan Respublikasının xalq artistləri Mənsum İbrahimov, Baba Mahmudoğlu, əməkdar artistlərdən Səbuhi İbayev, İlkin Əhmədov və bir neçə görkəmli sənətkarlarla bölüşdüyünü bildirdi.

Canlı yayın zamanı muğam sənətinin incəlikləri, müasir dinləyici zövqü və sair mövzular ətrafında söhbətlər aparıldı.

Gülyaz xanım izləyicilərin arzu və istəklərini nəzərə alaraq bir neçə mahnını canlı ifa ertdi.

“Sevilənlər, sevənlər” rubrikasının Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova ilə canlı yayınına 2333 nəfər istifadəçi qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()