“Sevilənlər, sevənlər” rubrikası altında Azərbycanın əməkdar artisti Azad Şükürov ilə evdən canlı görüş.

08 iyun, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında Azərbycanın əməkdar artisti Azad Şükürov ilə evdən canlı görüş.

Sevilənlər, sevənlər” rubrikası altında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 08 iyun 2020-ci il tarixdə təşkil etdiyi görüşün qonağı əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor, bədii qiraətçi Azad Şükürov oldu.

Canlı görüşdə Azad Şükürov sənətə gəlişindən, oynadığı ilk rollarından, səhnəni paylaşdığı korifey aktyorlarla bağlı xatirələrindən, teatr və kino sənətinin maraqlı paralellərindən, bu sənətin incə xüsusiyyətlərindən danışdı.

Tədbirdə kitabxananın əməkdaşı Günay Həsənova aparıcılıqla yanaşı həm özünün, həm də istifadəçilərin suallarını və rəylərini qonaq üçün səsləndirdi.

Görkəmli aktyor istifadəçilərin xahişi ilə Nüsrət Kəsəmənlinin “Bir məktub yazacam sənə”, Rəsul Rzanın “Unutmayın” və başqa bir neçə şerləri söylədi.

Azad Şükürov görüşün sonunda təşkilatçılıq üçün kitabxananın rəhbərliyi və kollektivinə təşəkkür etdi.

“Sevilənlər, sevənlər” rubrikasının əməkdar artist Azad Şükürov ilə canlı yayınına 1127 nəfər istifadəçi qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()