“Sevilənlər, sevənlər” rubrikası altında Əməkdar artist Mehriban Xanlarova ilə evdən canlı görüş.
30 aprel 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının silsilə xarakter daşıyan İnstagram səhifəsində “Sevilənlər, sevənlər” rubrikası altında Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik Milli Dram Teatrın aktrisası, Prezident Mükafatçısı Mehriban Xanlarova ilə canlı görüş təşkil olundu.
Mehriban Xanlarova müasir teatr və kino sənəti, səhnədə nümayiş edilən əsərlərə tamaşaçı münasibəti və tələbi, teatr və kinonun maraqlı parelelləri, həm kino, həm də teatr yaradıcılığının incəlikləri, bir səhnəni bölüşdüyü dahi korifeylər ilə xatirələri haqqında ətraflı məlumat verdi. Aktrisa çox gənc yaşlarından bu günədək çəkildiyi rollar, qazandığı uğurlar, həmçinin, Türkiyədə aparılan serial çəkilişləri və onların maraqlı nüanslarından da bəhs etdi.
Canlı yayının aparıcısı, kitabxananın hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova Mehriban Xanlarovaya istifadəçilər adından sonsuz təşəkkürlərini bildirdi.
Qısa bir zaman ərzində öz ətrafında kifayət qədər geniş izləyici kütləsi toplayan “Sevilənlər, sevənlər” rubrikasının aktrisa Mehriban Xanlarova ilə canlı yayınına 829 nəfər istifadəçi qatıldı.