“Sevilənlər, sevənlər” rubrikası altında əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova ilə evdən canlı görüş

28 iyun, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova ilə evdən canlı görüş

28 iyun 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında növbəti qonağı əməkdar incəsənət xadimi, İstanbul bələdiyyəsinə bağlı şəhər teatrı bədii rəhbərinin müavini, aktrisa Məlahət Abbasova oldu.

Kitabxananın əməkdaşı Günay Həsənovanın aparıcılığı ilə canlı yayına aktrisa Məlahət Abbasova İstanbuldan qoşuldu. Qonaq əvvəlcə Türkiyədə davam edən pandemiya ilə əlaqədar karantin rejimi altında keçən gündəlik həyatında mütaliəyə, yaradıcı axtarışlara daha çox yer ayırmaq imkanına malik olmasından danışdı.

Məlahət Abbasova Azərbaycan kino və teatr sahəsindəki rollarından, Rasim Balayev, Səfurə İbrahimova, Muxtar Maniyev kimi korifeylərlə tərəf müqabili olmasından, dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərində Nargilə obrazının uğurundan izləyicilərə söhbət açdı. Hazırda Türkiyədə fəaliyyət göstərsə də yaradıcılığının doxsan faizinin Azərbaycanla bağlı olduğunu fəxrlə bildirdi.

Məlahət xanım Türkiyədə teatr səhnəsində olan rejissorluq fəaliyyətindən danışıb “Mən teatrsız qala bilmərəm. Mən teatrı buraxmayan aktrisayam” dedi. Bir neçə Azərbaycan dramaturqlarının əsərlərini tərcümə edib Türkiyə teatrlarında səhnələşdirdiyindən, uğurlu nümayişindən də bəhs etdi.

Məlahət Abbasova həmçinin, məşhur türk serialı “Min bir gecə” yə dəvət olunmasından, yaratdığı obrazın yüksək dərəcədə rəğbət qazanması sayəsində serialın ssenarisində baş verən dəyişikliklər haqqında ilk dəfə canlı yayında izləyicilərə məlumat verdi.

Aktrisa aparıcının və izləyiciləri çoxsaylı suallarını həvəslə və əhatəli şəkildə cavablandırdı.

Aktrisa Məlahət Abbasova ilə təşkil olunan canlı yayına 1 716 nəfər izləyici qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()