“Sevilənlər, sevənlər” rubrikası altında həkim-narkoloq Asif Kəngərli ilə evdən canlı görüş.

24 avqust, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında həkim-narkoloq Asif Kəngərli ilə evdən canlı görüş.

Pandemiya ilə əlaqədar karantin şəraitində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Sevilənlər, sevənlər” rubrikası altında İnstaqram sosial şəbəkədə görüşlərini davam etdirir.

24 avqust 2020-ci il tarixdə kitabxananın növbəti görüşünün qonağı həkim-narkoloq Asif Kəngərli oldu. Qonaq ilk növbədə statistik rəqəmlərə müraciət edərək narkomaniyanın ən çox əhalinin hansı yaş qrupları arasında daha geniş yayılmasını rəqəmlərlə izləyicilərin diqqətinə çatdırdı. Narkotik vasitələrdən asılı olan insanlarla münasibətlərdə riayət edilməsi vacib şərtlər, narkomanların ailələrinin, yaxınlarının üzərinə düşən məsuliyyyət yükü, narkomaniyanın acı sonluqları, aparılan müalicə metodları, psixoterapiya və sair haqqında danışdı.

Enerji içkilərinin, spirtli içkilərin, siqaretin zərəri, mərkəzdə və regional dispanserlərdə orqanizmdə narkotik maddələrin test yoxlanışı, bu maddələrdən asılılıq və həmçinin, asılılıqdan çıxış yolları, sağlam həyat tərzinə qayıtmaq üçün xəstəliklə uzunmüddətli mübarizə haqqında canlı yayına iki mindən artıq qatılan izləyicilərə ətraflı məlumat verdi. Xəstələrin məqsədli və iradəli olmasını vacib şərt adlandırdı.

Bütün dünyada olduğu kimi “Ağ ölüm” adlandırılan narkomaniyanın Azərbaycandan da yan keçmədiyini, dəhşətli bəladan əsasən gənclərin əziyyət çəkdiyini, təbliğat işinin gücləndirilməsinin zəruriliyini, “Bəla”, “Zəhrimar” əsərlərinin məhz bu mövzuya həsr olunmasını izləyicilərin diqqətinə çatdırdı.

Canlı yayın zamanı alkoqolizm, tabakamaniya, narkomaniya ilə yanaşı gedən HİV, QİÇS xəstəlikləri mövzularında da diskussiyalar aparıldı.

Canlı yayının sonunda həkim-narkoloq Asif Kəngərli görüşün təşkilinə görə kitabxananın rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirdi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()