“Sevilənlər, sevənlər” rubrikası altında millət vəkili Fazil Mustafa ilə evdən canlı görüş.

22 aprel, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında millət vəkili Fazil Mustafa ilə evdən canlı görüş.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasıının silsilə xarakter daşıyan İnstagram səhifələrində “Sevilənlər, sevənlər” rubrikası altında canlı görüşlərinin növbəti qonağı 22 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin Sədr Müavini, millət vəkili Fazil Mustafa oldu.

Millət vəkili Fazil Mustafa canlı yayın zamanı ölkəmizin pandemiya şəraitində nümayiş etdirdiyi həmrəylikdən, müasir cəmiyyətin inkişaf aspektlərindən, müasir texnologiyalar fonunda kitabxanaların rolu, fəaliyyətindən və əhəmiyyətindən söhbət açdı. Millət vəkili Fazil Mustafa müəllifi olduğu kitablar haqqında məlumat verdi və ona ünvanlanan sualları əhatəli şəkildə cavablandırdı.

Hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənova millət vəkilinə kitabxananın fəaliyyəti, uğurları haqqında məlumat verdi.

Kitabxananın Facebook və İnstagram səhifəsində millət vəkili Fazil Mustafanın həyat və fəaliyyəti haqqında video çarx, yaradıcılığı haqqında isə virtual sərgi yerləşdirildi.

Millət vəkili Fazil Mustafa ilə keçirilən canlı görüşə 323 nəfər istifadəçi qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()