“Sevilənlər, sevənlər” rubrikası altında nasir, şair, kinodramaturq Baba Vəziroğlu ilə evdən canlı görüş

04 iyun, 2020
Paylaş:

“Sevilənlər, sevənlər” rubrikası altında nasir, şair, kinodramaturq Baba Vəziroğlu ilə evdən canlı görüş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 04 iyun 2020-ci il tarixdə “Sevilənlər, sevənlər” rubrikası altında evdən təşkil etdiyi növbəti görüş əməkdar incəsənət xadimi, nasir, şair, kinodramaturq Baba Vəziroğlu ilə oldu.

Görüşdə Baba Vəziroğlu mütaliənin rolu, şer sənətinin incəlikləri mövzusunda dəyərli fikirlər söylədi, ədəbiyyata ilk gəlişi, uzun illərin yaradıcılıq fəaliyyəti haqqında izləyicilərə geniş məlumat verdi.

O, hər gün qiraətlə məşğul olduğunu, mütaliəsiz bir gününü hədər keçən gün saydığını xüsusi vurğuladı.

Şair müasir gənc yazarların yaradıcılığına münasibətini, müsbət rəyini, öz tövsiyələrini bildirdi. İzləyicilərin xahişi ilə müəllifi olduğu “Sevgi var ayrılıqdan güclüdür vallah”, “Xatirədir” və bir neçə başqa şerlərini oxudu.

Canlı yayın zamanı qonaq müsahibəni aparan kitabxananın hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənovanın və izləyicilərin suallarını ətraflı şəkildə cavablandırdı.

Xoş təəssüratlarla yadda qalan görüş Baba Vəziroğlunun Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına təşəkkürü və uğurlar diləyi ilə sona çatdı.

Cəfər Cabbarlı adına Respublika Kitabxanasının təşkilatçılığı ilə nasir, şair Baba Vəziroğlu ilə keçirilən canlı yayına çoxlu sayda izləyicilər qatıldı.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()